• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.7° Weather Columbus
$
1.7
€
1.973
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda yeni su tarifləri müəyyənləşdi

01 Sentyabr, 26 / 13:16
A A

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib.

Cagdas.az xəbər verir ki, bu barədə ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli 69 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilib.

Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin üç əsas növü müəyyən edilib:

1. su obyektlərindən su götürməklə istifadə;
2. su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə;
3. su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə.

Bununla yanaşı, bir sıra fəaliyyətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir. Bunlara su obyektlərində yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması, gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün suyun götürülməsi, boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə, həmçinin fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması daxildir.

Digər qərara əsasən, ödənişlərin məbləği istifadə edilən su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – həmçinin istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən suyun və axıdılan tullantı suyunun həcminə, eləcə də istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilərkən su təsərrüfatı obyektlərindən su təchizatı və tullantı sularının axıdılması üzrə mövcud qiymətlərlə müqayisədə xeyli aşağı tariflər tətbiq edilib.

Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 000 litr su üçün ödəniş 4 qəpik müəyyən edilib. Çay və göllərdən sənaye məqsədilə götürülən 1000 litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 1 qəpik ödəniş nəzərdə tutulub.

Yeraltı sulardan sənaye məqsədilə götürülən 1000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 2 qəpik müəyyən edilib.

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də müvafiq tariflər tətbiq olunur. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik ödəniş müəyyən edilib. Çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1000 litr üçün 4 qəpik ödəniş nəzərdə tutulub. Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldığı halda, müəyyən edilmiş ödənişlər 0,7 əmsalı tətbiq edilməklə hesablanır.

Müəyyən edilmiş tariflərdən də göründüyü kimi, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər aşağı səviyyədə müəyyənləşdirilib. Xüsusilə kənd təsərrüfatı sahəsində hər 1000 litr su üçün ödəniş 1 qəpikdən də aşağıdır. Tətbiq edilən ödənişlərin kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərməsi gözlənilmir və bu tariflər həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli əlavə maliyyə yükü yaratmır.

Yeni mexanizmin tətbiqi su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, eləcə də su ehtiyatlarının mühafizəsinin və dayanıqlı idarə olunmasının təmin edilməsinə xidmət edir.\modern.az\

 

Bənzər Xəbərlər

9232190 01.09.2026 1 сентября 2026. Президент РФ Владимир Путин участвует в совместном фотографировании глав делегаций государств - членов Шанхайской организации сотрудничества (ШОС) в Бишкеке. Вячеслав Прокофьев / РИА Новости
Cəmiyyət

ŞƏT liderləri belə foto çəkdirdi – maraqlı görüntü

Sentyabr 1, 2026
Cəmiyyət

Azərbaycanda balıq ovuna icazə verildi

Sentyabr 1, 2026
Cəmiyyət

Beş ölkənin birinci xanımı bir araya gəldi – FOTOLAR

Sentyabr 1, 2026
Cəmiyyət

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi

Sentyabr 1, 2026
Cəmiyyət

İlham Əliyev Modi ilə söhbət edib – GÖRÜNTÜ

Sentyabr 1, 2026
Cəmiyyət

Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı

Sentyabr 1, 2026

XƏBƏR LENTİ

9232190 01.09.2026 1 сентября 2026. Президент РФ Владимир Путин участвует в совместном фотографировании глав делегаций государств - членов Шанхайской организации сотрудничества (ШОС) в Бишкеке. Вячеслав Прокофьев / РИА Новости

ŞƏT liderləri belə foto çəkdirdi – maraqlı görüntü

01 Sentyabr, 26 / 13:57

Qərb regionunun biznes imkanları REGİONAL EXPO GƏNCƏ 2026-da

01 Sentyabr, 26 / 13:49

Azərbaycanda balıq ovuna icazə verildi

01 Sentyabr, 26 / 13:43

Beş ölkənin birinci xanımı bir araya gəldi – FOTOLAR

01 Sentyabr, 26 / 13:29

Belçikada elektrikli skuterlərlə bağlı qaydalar sərtləşdirildi

01 Sentyabr, 26 / 13:18

Azərbaycanda yeni su tarifləri müəyyənləşdi

01 Sentyabr, 26 / 13:16

Sergen Yalçın ekranlara qayıdır – Yeni layihəsi məlum oldu

01 Sentyabr, 26 / 13:14

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi

01 Sentyabr, 26 / 13:00

İlham Əliyev Modi ilə söhbət edib – GÖRÜNTÜ

01 Sentyabr, 26 / 12:46

Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı

01 Sentyabr, 26 / 12:32
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.