Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Azərbaycanda yeni universitetin yaradılması təklif olunur

Cəmiyyət

Azərbaycanda informasiya texnologiyaları və texnoloji ixtisaslar üzrə ixtisaslaşmış ayrıca ali məktəbin yaradılmasına ehtiyac olduğu bildirilir.

Cagdas.az  xəbər verir ki, bu təkliflə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast” verilişində çıxış edib.

Ekspert bildirib ki, I ixtisas qrupunun R alt qrupunda kompüter və informasiya texnologiyaları istiqamətinə maraq sürətlə artır. Mövcud universitetlərdə bu ixtisaslar tədris olunsa da, yalnız texnologiya sahəsinə fokuslanan böyük, sahəvi ali təhsil müəssisəsinin yaradılması rəqabəti azalda bilər.

“Bizdə sırf IT istiqamətli ixtisasları özündə cəmləşdirən universitet olmalıdır. Bakı Mühəndislik Universiteti var, amma burada yalnız IT profilli ixtisaslar tədris olunmur. Necə ki, Tibb Universiteti tibb sahəsinin, UNEC iqtisadiyyat istiqamətinin əsas mərkəzidir, texnologiya sahəsində də belə bir universitet ola bilər”, – deyə Elmin Nuri bildirib.

Onun fikrincə, bu cür ali məktəbin yaradılması həm yeni plan yerlərinin açılmasına, həm də digər universitetlərin qəbul yükünün azalmasına imkan verə bilər.\modern.az\