Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın axtarışa verdiyi rusiyalı nazir müşaviri İSTEFA VERDİ

Cəmiyyət

Son günlər Azərbaycan əleyhinə açıqlamaları ilə gündəmə gələn Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.

Cagdas.az  xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat paylaşıb.

“Rusiya nəqliyyat nazirinin müşaviri səlahiyyətlərimə xitam vermək qərarına gəldim”, – deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq terrorizmə çağırışlara görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib. Onlar “Moskva 24” televiziya kanalının aparıcısı İvan Knyazev, politoloq Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevdir.

Baş Prokurorluğun bəyanatına əsasən, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, milli ədavət və düşmənçiliyin qızışdırılması, eləcə də terrorizmə açıq çağırış faktları üzrə qaldırılmış cinayət işi çərçivəsində ibtidai istintaq aparılır.

Qeyd edək ki, avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovu çağıraraq, Rusiya mediasında Azərbaycan və onun rəhbərliyinə qarşı səslənən son təxribatçı bəyanatlarla bağlı qarşı tərəfə qətiyyətli etirazını bildirib.(refefans media)