• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17° Weather Columbus
$
1.7
€
1.9797
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

28 Avqust, 26 / 11:45
A A

Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın regiondakı strateji əhəmiyyətinin daha da artacağı gözlənilir. Belə ki, dəhlizin istifadəyə verilməsi Naxçıvanı Türk dünyası ilə əlaqələrin əsas mərkəzlərindən birinə çevirə bilər. Prezident İlham Əliyevin son dövrdə Naxçıvana xüsusi diqqəti də bu bölgənin qarşıdakı inkişaf perspektivlərini gündəmə gətirir.

Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan türk dünyasının paytaxtı statusunu qazana bilərmi? Naxçıvanı nələr gözləyir?

Cagdas.az  bildirir ki, globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Zəngəzur dəhlizi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) gələcəkdə iqtisadi mənzərəni dəyişəcək yeni tarixi konfiqurasiyanın formalaşmasına səbəb olacaq:

“Bu marşrutların yaradacağı yeni nəqliyyat xətləri iqtisadi əlaqələrin genişlənməsinə və yeni iqtisadi mərkəzlərin formalaşmasına imkan verəcək. Naxçıvan tarixən mühüm tranzit funksiyası daşıyıb, Türküstanla Anadolu arasında keçid və körpü rolunu oynayıb. Eyni zamanda, Naxçıvandan cənuba, İran ərazisinə doğru uzanan marşrutlar da mövcud olub. Bu baxımdan, Naxçıvan orta əsrlərdə İpək yolu üzərində yerləşən əsas ticarət və mədəniyyət mərkəzlərindən biri sayılıb”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Naxçıvanda olarkən şəhərin Atabəylər dövründə Azərbaycanın paytaxtı olduğunu xatırlatması da təsadüfi deyil:

“Böyük Səlcuq imperiyası dövründə Naxçıvan mühüm mərkəzlərdən biri olub. Şəmsəddin Eldənizin və Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə də bu funksiyasını qoruyub. Naxçıvandakı Qarabağlar kompleksi, Möminə Xatun türbəsi və digər tarixi abidələr bölgənin qədim, eləcə də zəngin mədəni irsə malik olduğunu göstərir. Naxçıvan tarixən səyyahların da diqqətini cəlb edən mərkəzlərdən biri olub. Övliya Çələbi Naxçıvan, Sədərək və Qarabağlar ərazilərində olub, Qarabağlar haqqında məlumat verib və bu əraziləri mühüm istehsal mərkəzləri kimi təsvir edib. O, Qarabağlarda armudun 27 növünün yetişdirildiyini, Naxçıvanda meyvələrin qurudularaq karvanlarla digər ərazilərə göndərildiyini qeyd edib”.

H.Babaoğlu qeyd edib ki, bütün bu sadalananlar Naxçıvanın mühüm iqtisadi və tranzit mərkəzi olmaq potensialının tarixən mövcudluğunu göstərir:

“Ona görə də haqlı olaraq deyə bilərik ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan türk dünyasının paytaxtı statusunu qazanmaq potensialına sahibdir. Hesab edirəm ki, Naxçıvan öz tarixi rolunu Azərbaycan dövlətçilik tarixində yenidən oynayacaq.

Digər mühüm məqam isə ondan ibarətdir ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı sənəd məhz Naxçıvanda imzalanıb. Yəni bütün bu siyasi və strateji amillər Naxçıvanın, eləcə də bütövlükdə Azərbaycanın böyük gələcəyindən xəbər verir”.\referans media\

Bənzər Xəbərlər

Cəmiyyət

Xırdalan-Biləcəri dəmiryol körpüsünün bərpasına başlanıldı

Avqust 28, 2026
Cəmiyyət

Aİ uşaqların sosial şəbəkələrə giriş qadağasını yumşaldır

Avqust 28, 2026
Cəmiyyət

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin nəzərinə!

Avqust 28, 2026
Cəmiyyət

Universitetlərə qəbul olunanların qeydiyyatı başladı

Avqust 28, 2026
Cəmiyyət

“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Avqust 28, 2026
Cəmiyyət

Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK

Avqust 28, 2026

XƏBƏR LENTİ

Xırdalan-Biləcəri dəmiryol körpüsünün bərpasına başlanıldı

28 Avqust, 26 / 13:35

Aİ uşaqların sosial şəbəkələrə giriş qadağasını yumşaldır

28 Avqust, 26 / 13:21

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin nəzərinə!

28 Avqust, 26 / 13:07

Universitetlərə qəbul olunanların qeydiyyatı başladı

28 Avqust, 26 / 12:51

“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

28 Avqust, 26 / 12:37

Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK

28 Avqust, 26 / 12:23

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti adlandırdı

28 Avqust, 26 / 12:09

UEFA reytinqində Azərbaycanın mövqeyi

28 Avqust, 26 / 11:58

Azərbaycanın bu şəhəri paytaxt olacaq?

28 Avqust, 26 / 11:45

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

28 Avqust, 26 / 11:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.