• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.6° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları – TAM SİYAHI

24 İyul, 26 / 21:27
A A

Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi üzrə rayon və şəhərlərin reytinqi məlum olub. Rəsmi statistika göstərir ki, paytaxt bu göstəricidə digər bölgələri böyük fərqlə geridə qoyur. Siyahıda iri şəhərlərlə yanaşı, ticarətin daha aktiv olduğu bir sıra rayonlar da ön sıralarda qərarlaşıb.

Cagdas.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda ticarət – 2026” statistik məcmuəsinin məlumatlarını təhlil edib.

Statistikaya görə, burada söhbət qiymətlərin bahalığından deyil, əhalinin bir nəfərinə düşən pərakəndə ticarət dövriyyəsindən gedir. Bu göstərici bir nəfərin il ərzində mağaza, market və digər pərakəndə ticarət obyektlərində orta hesabla nə qədər alış-veriş etdiyini göstərir və istehlak səviyyəsinin əsas göstəricilərindən hesab olunur.

Ən çox alış-veriş bu rayon və şəhərlərdə edilir

2025-ci ilin nəticələrinə əsasən, Bakı şəhəri adambaşına düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkə üzrə birinci yerdədir. Paytaxtda hər bir sakinə orta hesabla 17 min 547,9 manatlıq pərakəndə ticarət dövriyyəsi düşür.

Bakıdan sonra Mingəçevir (5 613,8 manat) ikinci, Sumqayıt (5 165,4 manat) üçüncü yerdə qərarlaşıb.

İlk onluğu daha sonra Şirvan (5 067,1 manat), Gəncə (4 997,9 manat), Bərdə (4 825,2 manat), Quba (4 457,4 manat), Hacıqabul (4 374,8 manat), Ağdaş (4 374,1 manat) və Şəki (4 340,0 manat) tamamlayır.

İlk onluğa yaxın rayonlar

Reytinqdə növbəti yerlərdə Xaçmaz (4 327,5 manat), Yevlax (4 289,6 manat), Göyçay (4 114,6 manat) və Tovuz (4 036,8 manat) qərarlaşıb.

Sonrakı yerləri Neftçala (3 874,5 manat), Biləsuvar (3 835,6 manat), Kürdəmir (3 800,9 manat), Göygöl (3 760,6 manat), Lənkəran (3 758,9 manat), Abşeron rayonu (3 755,6 manat), Goranboy (3 665,9 manat), İsmayıllı (3 651,4 manat), Şəmkir (3 601,9 manat) və Naftalan (3 393,4 manat) tutur.

Orta göstəriciyə malik rayonlar

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin bir çox rayonunda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 2,8-3,4 min manat arasında dəyişir.

Bu qrupa Balakən (3 338,0 manat), Cəlilabad (3 290,9 manat), Ucar (3 215,7 manat), Saatlı (3 110,7 manat), Ağcabədi (3 101,3 manat), Salyan (3 061,1 manat), İmişli (3 008,7 manat), Masallı (2 997,9 manat), Qax (2 960,3 manat), Ağstafa (2 948,3 manat), Tərtər (2 944,2 manat), Qusar (2 884,3 manat), Sabirabad (2 881,9 manat), Ağsu (2 878,3 manat), Beyləqan (2 831,3 manat), Qəbələ (2 779,8 manat), Oğuz (2 733,3 manat), Siyəzən (2 727,3 manat), Gədəbəy (2 709,9 manat) və Daşkəsən (2 666,1 manat) daxildir.

Ən aşağı göstəricilər

Reytinqin sonlarında isə Astara (2 496,0 manat), Qobustan (2 143,6 manat), Şabran (2 108,2 manat), Samux (2 071,1 manat), Xızı (1 808,3 manat), Zərdab (1 807,0 manat), Lerik (1 572,0 manat), Yardımlı (1 248,1 manat), Füzuli (814,5 manat) və Ağdam (723,9 manat) yer alır.

P.S: Qarabağ bölgəsində yerləşən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan üzrə göstəricilər statistik məcmuədə təqdim edilməyib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Ordumuzun giziri həlak oldu - FOTO

İyul 25, 2026
Cəmiyyət

Məhərrəmlik nə vaxt bitir?

İyul 25, 2026
Cəmiyyət

I və IV qrupların imtahan nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

İyul 25, 2026
Cəmiyyət

Sabah 41 dərəcə isti olacaq

İyul 25, 2026
Cəmiyyət

VI “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

İyul 25, 2026
Cəmiyyət

Məşhur həbsxana rəisi vəfat etdi - Foto

 

İyul 25, 2026

XƏBƏR LENTİ

Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr

25 İyul, 26 / 23:22

Azərbaycanda ən çox bazar və yarmarkası olan BÖLGƏLƏR

25 İyul, 26 / 23:00

Ordumuzun giziri həlak oldu - FOTO

25 İyul, 26 / 20:15

Məhərrəmlik nə vaxt bitir?

25 İyul, 26 / 19:00
ac84bf79c15bcfdc4f58fe0c180af35d

Bu halda iş mütləq dayandırılmalıdır - Nazirlikdən XƏBƏRDARLIQ

 

25 İyul, 26 / 17:50

Tramp Türkiyədən qayıdarkən təyyarəsini niyə dəyişdi? – SƏBƏBİ MƏLUM OLDU

25 İyul, 26 / 17:17

Azərbaycanın dövlət büdcəsində TARİXİ REKORD

 

25 İyul, 26 / 16:49

“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarıldı

25 İyul, 26 / 16:30

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

25 İyul, 26 / 16:11

16 yaşlı qız kiçik bacısını qətlə yetirdi - Azərbaycanda qandonduran CİNAYƏT

25 İyul, 26 / 15:52
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.