Son dəqiqə

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb

Cəmiyyət

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 699 min ABŞ dolları dəyərində mal ixrac edib.

Cagdas.az bildiriri ki bu barədə  Dövlət Gömrük Komitəsindən bildirilib.

10 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 96,5 min ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Xatırladaq ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.\musavat.com\