• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.7° Weather Columbus
$
1.7
€
1.9383
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

29 İyul, 26 / 12:44
A A

Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də, bir çox layihələr üzrə dəqiq açılış tarixləri hələ də açıqlanmır. Xüsusilə Xırdalan sakinləri uzun müddətdir metro xəttinin onların yaşadığı əraziyə çatdırılmasını gözləyir.

Bəs yeni metro xətlərinin tikintisi və istifadəyə verilməsi niyə gecikir? Sumqayıt və Xırdalan istiqamətində nəzərdə tutulan xətt nə vaxt reallaşa bilər?

Cagdas.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlıdeyib ki, metro xətlərinin çəkilməsi asan proses deyil:

“Bu, aylarla deyil, əksər hallarda illərlə davam edən mürəkkəb infrastruktur layihəsidir. Ancaq bu, görüləcək işlərin plansız və qeyri-müəyyən şəkildə həyata keçirilməsi anlamına gəlməməlidir. Məsələyə ciddi yanaşılmalı, dəqiq plan hazırlanmalıdır. Hansı tarixdə tikintiyə başlanacağı, hansı tarixdə başa çatacağı əvvəlcədən müəyyənləşdirilərək ictimaiyyətə açıqlanmalıdır. Əlbəttə, belə iri layihələrdə bir-iki, hətta üç-beş aylıq gecikmələr baş verə bilər. Lakin bu gecikmələr illərlə davam etməməlidir. İnsanların narazılığı da məhz bundan qaynaqlanır. Çünki uzun illərdir eyni layihələr barədə danışılır, lakin real nəticələr görünmür. Bu cür yanaşma düzgün deyil”.

elmeddin 1
Elməddin Muradlı

Ekspertin fikrincə, digər tərəfdən də, metro tikintisinin son dərəcə mürəkkəb proses olduğunu nəzərə almaq lazımdır:

“Marşrutların müəyyənləşdirilməsi, ərazilərin hazırlanması, geoloji tədqiqatlar, təhlükəsizlik tələblərinə əməl olunması və digər texniki mərhələlər kifayət qədər vaxt tələb edir. Buna baxmayaraq, uzun illər ərzində yalnız müzakirələrin aparılması, real işlərin isə görülməməsi haqlı suallar doğurur. Hesab edirəm ki, dövlətin də marağı bu layihələrin mümkün qədər operativ şəkildə həyata keçirilməsidir. Bunun üçün isə əsas şərt bütün qurumlar arasında dəqiq koordinasiyanın təmin edilməsi, işlərin əvvəlcədən düzgün planlaşdırılması, ərazilərin vaxtında müəyyənləşdirilməsi və bütün mərhələlərin ardıcıl icra olunmasıdır”.

Xırdalan və Sumqayıt istiqamətində metro xətlərinin çəkilməsinə gəlincə, Elməddin Muradlı deyib ki, bu layihələr hazırda ayrıca dövlət proqramında nəzərdə tutulmasa da, gələcəkdə ayrıca layihələr çərçivəsində həyata keçirilməsi ilə bağlı niyyət var.

Bənzər Xəbərlər

Cəmiyyət

Problemli kreditlərin məbləği artıb

İyul 29, 2026
Cəmiyyət

Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı

İyul 29, 2026
Cəmiyyət

Bakıda marşrut avtobusu yük avtomobilinə çırpıldı – Video

İyul 29, 2026
Cəmiyyət

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

İyul 29, 2026
Cəmiyyət

Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?

İyul 29, 2026
Cəmiyyət

Nazir sənədi imzalamaqdan imtina etdi – Ərdoğanın reaksiyası gündəm oldu

İyul 29, 2026

XƏBƏR LENTİ

Problemli kreditlərin məbləği artıb

29 İyul, 26 / 13:56

Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı

29 İyul, 26 / 13:43

Qarşıdakı 10 gün bu bürclər üçün mühüm olacaq – PROQNOZ

29 İyul, 26 / 13:27

Bakıda marşrut avtobusu yük avtomobilinə çırpıldı – Video

29 İyul, 26 / 13:13

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

29 İyul, 26 / 12:58

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

29 İyul, 26 / 12:44

Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?

29 İyul, 26 / 12:30

Nazir sənədi imzalamaqdan imtina etdi – Ərdoğanın reaksiyası gündəm oldu

29 İyul, 26 / 12:16

Qarabağa qayıdan neçə şəxsin məşğulluğu təmin edilib? – RƏQƏMLƏR

29 İyul, 26 / 12:02

Bank ləğv edilsə, vətəndaşların kredit borcları silinəcək? – Açıqlandı

29 İyul, 26 / 11:48
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.