Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 32,1 % azdır.
Yarım illik göstəricinin 2 milyard 516,3 milyon manatlıq hissəsi ilkin bazarda (18,1 % az), 22 milyard 502,7 milyon manatlıq hissəsi isə təkrar bazarda (33,4 % az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 36 177 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Əqdlərin 23 486-sı ilkin bazarın (15,7 dəfə çox), 12 691-i isə təkrar bazarın (12 % az) payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 1 517,7 milyon manatlıq hissəsi və yaxud 6,1 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 935,3 milyon manatlıq hissəsi və yaxud 7,7 %-i korporativ qiymətli kağızların, 21 milyard 566 milyon manatlıq hissəsi və yaxud 86,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,7 dəfə az, 23,7 % çox və 30,9 % azdır.
6 ayda bu bazarda bağlanmış əqdlərin isə 334-ü və yaxud 0,9 %-i dövlət qiymətli kağızlarının, 32 815-i və yaxud 90,7 %-i korporativ qiymətli kağızların, 3 028-i və yaxud 8,4 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 44,4 % az, 2,7 dəfə çox və 0,3 % çoxdur.(metbuat.az)
















