Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Cəmiyyət
Bakı və Ankara arasında Azərbaycan-Türkiyə V Enerji Forumuna dair protokol imzalanıb.

Cagdas.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.

Bu gün Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib. Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda, II Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, III Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, IV Forum isə 2025-ci il sentyabrın 4-də İzmirdə keçirilib.\modern.az\