Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının növbəti mərhələsi üzrə müzakirələr aparılıb, birgə enerji layihələrinin icrasının sürətləndirilməsi barədə razılıq əldə olunub.
Cagdas.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla keçirilən görüşdə enerji əməkdaşlığının növbəti mərhələsi müzakirə olunub.
Onun sözlərinə görə, tərəflər Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Pərviz Şahbazov qeyd edib ki, görüş zamanı Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində mümkün əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Nazir vurğulayıb ki, bu regional enerji bağlantısı layihələri enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş növbəti birgə töhfələr olacaq.(modern.az)
















