• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar

12 Avqust, 26 / 20:08
A A

Azərbaycanlı mütəxəssislər son iki ayda Qərbi Zəngəzurun Meğri rayonuna səfərlər ediblər.

Cagdas.az xəbər verir ki, bu barədə erməni jurnalistlərə müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib. O son iki ay ərzində azərbaycanlı mütəxəssislərin Ermənistanın Meğri şəhərinin müxtəlif ərazilərinə səfər etdiyini söyləyib.

Karapetyanın sözlərinə görə, bu barədə məlumatı dövlət qurumlarından deyil, öz mənbələrindən əldə edib.

Erməni deputat həmin səfərləri Zəngəzur dəhlizi ilə bağlı mümkün layihələrlə əlaqələndirib. O, mütəxəssislərin xüsusilə Ermənistan ərazisindən keçəcək elektrik xəttinin çəkilməsi üçün tədqiqat apardığını ehtimal edib.

Qeyd edək ki, bu faktı erməni tərəfindən daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsinə açıqlayıb.

“Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini – bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.

Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi – harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər.

Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, – əgər böhran yaranarsa, – imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır”, – deyə İlham Əliyev qeyd edib.(modern.az)

Bənzər Xəbərlər

Dünya

SEPAH: “Fars körfəzində ABŞ-ın bircə hərbi gəmisi də yoxdur”

Avqust 12, 2026
Dünya

Birimizə hücum hamımıza hücumdur: Məkkə Sazişi nə vəd edir?

Avqust 12, 2026
Dünya

Macarıstanda yeni prezident seçildi

Avqust 11, 2026
Dünya

Ermənistanın yeni Konstitusiyası ilə bağlı sensasion AÇIQLAMA

Avqust 11, 2026
Dünya

İran Parlamenti 2 həftəyə Hörmüzlə bağlı məsələyə baxacaq

Avqust 11, 2026
Dünya

Dünya liderlərinin neçə övladı var? – Siyahı təəccübləndirdi

Avqust 10, 2026

XƏBƏR LENTİ

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

12 Avqust, 26 / 20:52

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

12 Avqust, 26 / 20:38

Elektron attestatların rəsmi təsdiqi ilə bağlı MÜHÜM AÇIQLAMA

12 Avqust, 26 / 20:24

Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar

12 Avqust, 26 / 20:08

Şəxsi karta ödəniş qəbul edən sahibkarlara XƏBƏRDARLIQ

12 Avqust, 26 / 19:53

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust, 26 / 19:39

Sabahın hava proqnozu: 37 dərəcə isti

12 Avqust, 26 / 19:26

SEPAH: “Fars körfəzində ABŞ-ın bircə hərbi gəmisi də yoxdur”

12 Avqust, 26 / 19:12

İlham Əliyev: Naxçıvanın inkişafı üçün dövlət dəstəyi davam edəcək

12 Avqust, 26 / 18:58

Zəngəzur dəhlizi Naxçıvanın turizm potensialını artıracaq

12 Avqust, 26 / 18:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.