• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Şəxsi karta ödəniş qəbul edən sahibkarlara XƏBƏRDARLIQ

12 Avqust, 26 / 19:53
A A

Avqustun 1-dən kartdan-karta köçürmələrlə bağlı tətbiq olunan məhdudiyyətlərdən sonra sahibkarların ödənişləri hansı formada qəbul etməsi də müzakirə mövzularından birinə çevrilib. Çünki bəzi ticarət və iaşə obyektlərində, özəl klinika və digər xidmət sahələrində müştərilərə hələ də POS-terminal əvəzinə fiziki şəxsin bank kartına pul köçürmək təklif olunur. Halbuki sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan ödənişlərin rəsmi qaydada qeydə alınması həm vergi öhdəliklərinin yerinə yetirilməsi, həm də istehlakçının hüquqlarının qorunması baxımından vacibdir. 

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirib ki, avqustun 1-dən kartdan-karta köçürmələrə tətbiq edilən məhdudiyyətlər kölgə iqtisadiyyatının azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi baxımından düzgün addımdır.

Onun sözlərinə görə, hazırda bəzi özəl müəssisələrdə, ictimai iaşə obyektlərində, eləcə də tibb və səhiyyə müəssisələrində POS-terminal əvəzinə vətəndaşlardan kartdan-karta ödəniş tələb olunması vergi yığımına mənfi təsir göstərir:

“Hazırda bəzi özəl müəssisələrdə, ictimai iaşə obyektlərində, tibb və səhiyyə müəssisələrində POS-terminal vasitəsilə ödəniş qəbul etmək əvəzinə vətəndaşlardan kartdan-karta köçürmə tələb olunur. Bu isə vergi yığımına ziyan vuran amillərdən biridir. Vergi orqanlarının da tövsiyəsi ondan ibarətdir ki, vergi öhdəliyi yaradan bütün əməliyyatlar şəffaflığın təmin olunması üçün POS-terminal və ya bank hesabı vasitəsilə həyata keçirilməlidir. Bu sahədə müəyyən boşluqlar olduğuna görə kartdan-karta ödənişlər bir çox hallarda əməliyyatların daha çox qaranlıq müstəvidə aparılmasına şərait yaradır”.

Deputat bildirib ki, tətbiq olunan məhdudiyyətlər sahibkarların rəsmi ödəniş sistemlərinə keçidini sürətləndirəcək:

“Biz kartdan-karta əməliyyatlarla bağlı tətbiq edilən məhdudiyyətləri dəstəkləyirik. Hesab edirik ki, bu, sahibkarların POS-terminal və digər rəsmi ödəniş kanallarından istifadəsini sürətləndirəcək. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə həm maarifləndirmə işi, həm də məsuliyyət tədbirləri daha da gücləndirilməlidir”.

Əlibala Məhərrəmzadənin sözlərinə görə, ilk baxışda bu addımın iqtisadi fəallığa mənfi təsir göstərə biləcəyi düşünülsə də, əslində vəziyyət belə deyil:

“İlk baxışdan belə görünə bilər ki, bu məhdudiyyətlər iqtisadi fəaliyyət, şaxələnməyə mane olacaq. Amma mən belə hesab etmirəm. Bu, düzgün yanaşmadır. Çünki vətəndaşlar üçün kifayət qədər istisnalar nəzərdə tutulub. Kartdan-karta köçürmələr üzrə yüksək məbləğ həddi müəyyən edilib, yaxın qohumlar arasında aparılan ödənişlərə məhdudiyyət tətbiq edilmir, gün ərzində də bir neçə əməliyyat aparmaq mümkündür. Bu imkanlar sosial və gündəlik ödənişlər üçün tam kifayətdir”.

Deputat hesab edir ki, ciddi məhdudiyyətlərin tətbiq olunmaması bu mexanizmin cəmiyyət üçün problem yaratmayacağını göstərir:

“Heç bir ciddi məhdudiyyət olmadığına görə düşünürəm ki, bu, kifayət qədər düzgün yanaşmadır. Gələcəkdə də bu mexanizmin bank sistemi və fiskal alətlər vasitəsilə daha da təkmilləşdirilməsi məqsədəuyğun olar”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Avqust 12, 2026
Cəmiyyət

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

Avqust 12, 2026
Cəmiyyət

Elektron attestatların rəsmi təsdiqi ilə bağlı MÜHÜM AÇIQLAMA

Avqust 12, 2026
Cəmiyyət

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Avqust 12, 2026
Cəmiyyət

Sabahın hava proqnozu: 37 dərəcə isti

Avqust 12, 2026
Cəmiyyət

İlham Əliyev: Naxçıvanın inkişafı üçün dövlət dəstəyi davam edəcək

Avqust 12, 2026

XƏBƏR LENTİ

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

12 Avqust, 26 / 20:52

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

12 Avqust, 26 / 20:38

Elektron attestatların rəsmi təsdiqi ilə bağlı MÜHÜM AÇIQLAMA

12 Avqust, 26 / 20:24

Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar

12 Avqust, 26 / 20:08

Şəxsi karta ödəniş qəbul edən sahibkarlara XƏBƏRDARLIQ

12 Avqust, 26 / 19:53

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust, 26 / 19:39

Sabahın hava proqnozu: 37 dərəcə isti

12 Avqust, 26 / 19:26

SEPAH: “Fars körfəzində ABŞ-ın bircə hərbi gəmisi də yoxdur”

12 Avqust, 26 / 19:12

İlham Əliyev: Naxçıvanın inkişafı üçün dövlət dəstəyi davam edəcək

12 Avqust, 26 / 18:58

Zəngəzur dəhlizi Naxçıvanın turizm potensialını artıracaq

12 Avqust, 26 / 18:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.