• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.1° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakı Moskvayla Kiyevi barışdırır – Bayramovun iki səfərinin pərdəarxası

07 Avqust, 26 / 18:23
A A

Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizlik arxitekturasını yenidən formalaşdıran, beynəlxalq iqtisadi sistemə, enerji bazarlarına və geosiyasi balanslara birbaşa təsir göstərən əsas faktora çevrilib. Böyük ölçüdə dünyanın siyasi gündəmi, enerji marşrutları, müdafiə doktrinaları və diplomatik prioritetləri bu müharibənin taleyindən asılıdır.

Məhz buna görə də müharibənin dayandırılması istiqamətində aparılan beynəlxalq təşəbbüslərin böyük hissəsi nəticəsiz qalır. Səbəb odur ki, burada böyük güclərin geosiyasi maraqları, nüfuz zonaları və strateji hesablamaları toqquşur. Bu toqquşmada sülh çox uzaq görünür. Belə mürəkkəb geosiyasi konfiqurasiyada neytral, etibarlı və hər iki tərəfin etimad göstərdiyi platformaların sayı isə olduqca məhduddur.

Son günlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun əvvəlcə Moskvaya, ardınca isə Kiyevə etdiyi səfərlər də məhz bu kontekstdə xüsusi diqqət çəkir. Diplomatik protokol baxımından bu ardıcıllıq Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun, çoxvektorlu diplomatiyasının və vasitəçilik potensialının növbəti nümayişi kimi qiymətləndirilə bilər.

Azərbaycanın mövqeyi prinsipial və beynəlxalq hüquqa əsaslanır. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir. Eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyur. Bu iki xətt arasında balansı saxlamaq müasir diplomatiyada ən çətin və eyni zamanda ən yüksək peşəkarlıq tələb edən siyasətlərdən hesab olunur.

Azərbaycanın üstünlüyü ondadır ki, özü də uzun illər müharibənin ağır nəticələrini yaşamış dövlətdir. Ölkə otuz il ərzində işğal, humanitar fəlakət, məcburi köçkün problemi və beynəlxalq hüququn selektiv tətbiqi ilə üzləşib. 2020-ci ildə və sonrakı mərhələdə ərazi bütövlüyünü bərpa edən Azərbaycan hər zamanki kimi davamlı sülhün tərəfdarı kimi çıxış edir. Bu mövqe Bakının beynəlxalq legitimliyini daha da gücləndirən mühüm siyasi kapitaldır.

Son illərdə Azərbaycanın diplomatik çəkisinin artması təsadüfi proses hesab oluna bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxşaxəli xarici siyasət nəticəsində Bakı müxtəlif geosiyasi mərkəzlərlə eyni vaxtda etibarlı münasibətlər qurmağa nail olub. Bu gün Azərbaycan həm Türkiyə ilə müttəfiqdir, həm Rusiya ilə strateji dialoqu davam etdirir, həm Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm tərəfdaşdır, həm də ABŞ ilə siyasi və təhlükəsizlik istiqamətində əməkdaşlığını inkişaf etdirir.

Azərbaycanın diplomatik imkanlarını artıran mühüm amillərdən biri də onun regionlararası geosiyasi əlaqələndirici roludur. Bakı bütövlükdə Avrasiya məkanının əsas nəqliyyat və enerji hablarından birinə çevrilib. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsi, Xəzər üzərindən formalaşan logistika zənciri Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır.

Enerji diplomatiyasında da Azərbaycanın çəkisi son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycan əsas tərəfdaşlardan biri kimi qəbul olunur. Xüsusilə qlobal enerji böhranı fonunda Cənub Qaz Dəhlizi Avropa üçün strateji layihəyə çevrilib. Bu amil Bakının siyasi təsir imkanlarını da genişləndirir.

Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin  lokomotivi kimi çıxış edir. Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi, Transxəzər əməkdaşlığının genişlənməsi Bakının türk dünyasında geosiyasi koordinasiya mərkəzinə çevrildiyini göstərir.

Diqqət çəkən digər mühüm məqam Azərbaycanın Yaxın Şərq və qlobal diplomatiyada qazandığı etimaddır. Son illərdə İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter alması, ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda İsrail siyasi dairələrində qondarma “erməni soyqırımı” məsələsinin gündəmdən geri çəkilməsi də regionda dəyişən geosiyasi reallıqların göstəricilərindən biri kimi qiymətləndirilir. Eyni zamanda Ankara-Moskva xəttində dialoqun qorunması, Vaşinqton-Tehran qarşıdurmasının müəyyən mərhələlərdə diplomatik kanallarla məhdudlaşdırılması fonunda Azərbaycanın müxtəlif güc mərkəzləri ilə paralel işləmək bacarığı onun diplomatik çevikliyini nümayiş etdirir.

Məhz bu səbəbdən son dövrlərdə beynəlxalq ekspert dairələrində Bakının potensial vasitəçilik missiyası daha çox müzakirə olunur. Hətta Bayramovun son rəsmi səfərlərinin pərdəarxasında bu faktorun olduğu iddiaları var.

Azərbaycanın nə NATO üzvü olması, nə də KTMT məkanında yer alması, eyni zamanda Qərb və Şərq arasında balanslı siyasət yürütməsi onu unikal diplomatik platformaya çevirir.

Ən diqqətçəkən məqam isə budur ki, həm Moskvanın, həm də Kiyevin Bakı ilə siyasi dialoqa yüksək önəm verməsi təsadüfi hadisə kimi qiymətləndirilmir. Hər iki paytaxt Azərbaycanın rəhbərliyi ilə intensiv təmaslarını davam etdirir. Bu isə Bakının beynəlxalq etimad indeksinin yüksək olmasının göstəricisidir. Diplomatiyada ən qiymətli resurs məhz etimaddır və Azərbaycan bu kapitalı uzun illər ərzində formalaşdırmağa nail olub.

Bu baxımdan Rusiya və Ukrayna nümayəndələrinin Bakıda bir masa arxasında əyləşməsi ehtimalı əvvəlki illərlə müqayisədə daha real görünür. Belə bir görüşün baş tutması Azərbaycanın beynəlxalq vasitəçilik institutuna çevrilməsinin təsdiqi olar. Bu, Bakının geosiyasi çəkisinin, xarici siyasət məktəbinin və müstəqil diplomatik kursunun mühüm nəticəsi kimi tarixə düşə bilər.

Gerçəklik odur ki, Azərbaycan hadisələri kənardan izləyən dövlət deyil. Regional və qlobal proseslərə təsir imkanları artan, müxtəlif güc mərkəzləri arasında etibarlı dialoq platforması yaradan aktora çevrilib. Əgər Rusiya ilə Ukrayna arasında sülh yolunda ilk real addımlardan biri məhz Bakıda atılarsa, bu, bütövlükdə regionun beynəlxalq nüfuzunun yüksəlməsi demək olacaq.

Belə bir ssenaridən isə birbaşa Moskva ilə Kiyev, dolayısı ilə bütün dünya qazanmış olacaq. Məhz diplomatiyanın ən böyük qələbəsi sülh üçün etimad yarada bilməkdir. Bu gün etimadın ünvanlarından biri şəksiz olaraq Bakıdır.(modern.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

Avqust 7, 2026
Cəmiyyət

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

Avqust 7, 2026
Cəmiyyət

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

Avqust 7, 2026
Cəmiyyət

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

Avqust 7, 2026
Cəmiyyət

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

Avqust 7, 2026
Cəmiyyət

Güclü külək gəlir – XƏBƏRDARLIQ

Avqust 7, 2026

XƏBƏR LENTİ

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

07 Avqust, 26 / 19:44

Azərbaycan həm Ukraynaya dəstək verir, həm də Rusiya ilə münasibətləri qoruyur

07 Avqust, 26 / 19:31

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

07 Avqust, 26 / 19:17

Bir neçə bank kartı olanlar üçün yeni limit qaydası AÇIQLANDI

07 Avqust, 26 / 19:08

Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi

07 Avqust, 26 / 18:58

Güclü külək gəlir – XƏBƏRDARLIQ

07 Avqust, 26 / 18:36

Bakı Moskvayla Kiyevi barışdırır – Bayramovun iki səfərinin pərdəarxası

07 Avqust, 26 / 18:23

Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ

07 Avqust, 26 / 18:11

Bu şəxslər ad və soyadını dəyişə bilməz – RƏSMİ

07 Avqust, 26 / 17:48

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni imzaladı

07 Avqust, 26 / 17:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.