Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişəcək

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək.

Cagdas.az  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

Qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almağı tövsiyə edilir.

Bənzər Xəbərlər

XƏBƏR LENTİ