Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakı–Tbilisi–Bakı qatarına bilet satışının müddəti artırıldı

Cəmiyyət

Azərbaycan Dəmir Yolları” (ADY) Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətini artırıb.

Cagdas.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, dəyişiklik sərnişin məmnuniyyətinin artırılması, artan tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilib.

Məlumata əsasən, yeni mexanizm çərçivəsində satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.

Qeyd olunub ki, yenilik sərnişinlərə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı planlarını daha erkən qurmağa imkan verəcək. Eyni zamanda, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında həyata keçirilməsinə şərait yaradacaq.

ADY-dən bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təşkili istiqamətində işlər də davam etdirilir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqlarını başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat tədbirləri həyata keçirilir.(sfera.az)