Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanması ilə bağlı rəsmi məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Cagdas.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Dongfeng Aeolus E 70″ markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub”, – deyə qurumdan bildirilib.
















