Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda axşam konsertləri keçirilir – FOTOLAR

Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib.

Bu barədə   Cagdas.az -a İH-dən məlumat verilib.

Şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara ev sahibliyi edib.
Sözügedən parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır.

Konsert proqramları Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında və Nizami rayonundakı Heydər Əliyev və digər parklarda keçirilib.

Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib.

Musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək və konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulub.(modern.az)