• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.5° Weather Columbus
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda daşınmaz əmlak bazarında kəskin bahalaşma: Qiymətləri artıran əsas səbəblər AÇIQLANDI

04 Avqust, 26 / 19:12
A A

Bakının daşınmaz əmlak bazarında son dövrdə qiymətlərin kəskin şəkildə yüksəlməsi müşahidə edilir. Mənzil sektorundakı bu artım həm mənzil almaq istəyən vətəndaşların, həm də sahibkarların diqqət mərkəzindədir. Tikinti materiallarının bahalaşması, torpaq sahələrinin məhdudlaşması və işçi qüvvəsinin xərclərinin artması mənzillərin maya dəyərini birbaşa yuxarı qaldırır. Digər tərəfdən, ipoteka imkanlarının genişlənməsi bazarda tələbi artıraraq qiymətlərin daha da yüksəlməsinə zəmin yaradır. Bakının Baş Planına uyğun olaraq həyata keçirilən söküntü və yenidənqurma layihələri də təklif portfelinə və qiymət siyasətinə ciddi təsir göstərir. Bütün bu faktorlar fonunda daşınmaz əmlak Azərbaycan bazarında ən cəlbedici investisiya aləti kimi öz mövqeyini qoruyub saxlayır.

Cagdas.az bildiriri ki mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc qiymət artımını şərtləndirən əsas amilləri diqqətə çatdırıb.

“Daşınmaz əmlak ən prioritet investisiya alətidir”

Vüqar Orucun sözlərinə görə, qiymət artımına təsir edən birincili səbəb daşınmaz əmlakın yüksək investisiya cəlbediciliyidir:

“Hazırda alternativ investisiya alətlərinin cəlbediciliyi o qədər də yüksək olmadığı üçün daşınmaz əmlak sektoru ön plana çıxır və prioritet təşkil edir. Həm sadə vətəndaşlarımız, həm də sahibkarlarımız sərbəst kapitallarını məhz daşınmaz əmlaka yönəldirlər. Bu da sektora olan marağı və tələbatı kəskin artırır. Bütövlükdə makroiqtisadi göstəricilər, kredit faizləri, inflyasiya və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də daşınmaz əmlakın qiymətinə birbaşa təsir göstərən faktorlardandır”.

AQC sədri qeyd edib ki, paytaxtda aparılan yenidənqurma tədbirləri də bazar dinamikasına təsirsiz ötüşmür:

“Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına uyğun olaraq qəzalı və istismar müddətini bitirmiş binaların sökülməsi, yerində abadlıq işlərinin aparılması və yeni binaların inşası prosesi özlüyündə qiymətlərin artmasını tətikləyən amillərdəndir”.

Ekspert bildirib ki, mənzillərin maya dəyərinin artmasında tikinti materiallarının və torpağın bahalaşması mühüm rol oynayır:

“Son illərdə sement, beton, armatur, elektrik və santexnika avadanlıqlarının qiymətində, eləcə də işçi qüvvəsinin əməkhaqqında ciddi artım müşahidə olunur. Bundan başqa, tikinti normativlərinin sərtləşməsi və şəhərsalma tələblərinin mürəkkəbləşməsi də maya dəyərini yüksəldir. Vaxt keçdikcə tikinti üçün yararlı torpaq sahələri azalır. Torpaq məhdud və artmayan resurs olduğu üçün onun qiyməti daima yüksəlir ki, bu da son nəticədə tikilən binaların kvadratmetrinin dəyərinə birbaşa təsir edir”

Vüqar Oruc son olaraq ipoteka kreditlərinin bazardakı roluna toxunaraq əlavə edib:

“İpoteka əlçatanlığının və müraciətlərin sayının artması bazarda böyük dinamika yaradır. Tələb artdığı, təklif isə məhdud qaldığı üçün qiymətlərin yüksəlməsi qaçılmaz olur. Yeni yaşayış layihələrinin daha yüksək xərclərlə başa gəlməsi də ümumi qiymət artımı tendensiyasını gücləndirir”.

Bənzər Xəbərlər

Cəmiyyət

İcra başçılarının maaşı nə qədərdir? – MƏBLƏĞ

Avqust 4, 2026
Cəmiyyət

İkinci əl avtomobil bazarında son vəziyyət

Avqust 4, 2026
Cəmiyyət

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Avqust 4, 2026
Cəmiyyət

Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Avqust 4, 2026
Cəmiyyət

“Nizami” və “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq

Avqust 4, 2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 90
Cəmiyyət

Bağlanan metro xəttinin əvəzinə 6 yeni avtobus marşrutu AÇILIR

Avqust 4, 2026

XƏBƏR LENTİ

Bakıda daşınmaz əmlak bazarında kəskin bahalaşma: Qiymətləri artıran əsas səbəblər AÇIQLANDI

04 Avqust, 26 / 19:12

İcra başçılarının maaşı nə qədərdir? – MƏBLƏĞ

04 Avqust, 26 / 18:57

İkinci əl avtomobil bazarında son vəziyyət

04 Avqust, 26 / 18:45

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

04 Avqust, 26 / 18:31

Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA

04 Avqust, 26 / 18:17

“Nizami” və “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq

04 Avqust, 26 / 18:04
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 90

Bağlanan metro xəttinin əvəzinə 6 yeni avtobus marşrutu AÇILIR

04 Avqust, 26 / 17:50

Avqustun 15-dən “28 May–Nizami” xətti BAĞLANIR

04 Avqust, 26 / 17:36

Sədərəkdən Culfaya göndərilən icra başçısnın DOSYESİ

04 Avqust, 26 / 17:23

Culfaya yeni icra başçısı təyin edildi

04 Avqust, 26 / 17:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.