• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA

19 Avqust, 26 / 9:42
A A

Məlum olduğu kimi, avqustun 15-dən Bakı Metropolitenində aparılan təmir işləri səbəbindən “28 May”-“Nizami” istiqamətində qatarların hərəkəti dayandırılıb və bu vəziyyətin təxminən 11 ay davam edəcəyi bildirilir. Nəticədə “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək təyin olunmuş ekspress avtobuslardan istifadə etməli olurlar. Bu isə sərnişin üçün əlavə 60 qəpik xərc deməkdir.

Məhz buna görə cəmiyyətdə həmin avtobusların ödənişsiz olması ilə bağlı tələblər səslənir. Metropolitendəki dəyişikliklə əlaqədar tətbiq olunan bu xüsusi marşrutların pulsuz olması mümkündürmü?

Çağdaş.Az-ın xəbərinə görə, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ekspress avtobusların ödənişsiz olması ilə bağlı ictimai tələbi müsbət qiymətləndirir:

“Çünki nəqliyyat siyasətində əsas meyar yalnız tarif və gəlir deyil, vətəndaşın rahatlığı, əlçatanlığı və gündəlik xərclərinin azaldılması olmalıdır. Xüsusilə metroda yaranmış məhdudiyyətləri kompensasiya etmək üçün təşkil olunan ekspress marşrutlar adi kommersiya xidməti kimi deyil, müəyyən mənada ictimai ehtiyacdan doğan alternativ nəqliyyat xidməti kimi qiymətləndirilməlidir. Vətəndaş onsuz da nəqliyyatdan istifadə etmək üçün pul ödəyir”.

İqtisadçının fikrincə, əgər metro xəttində yaranmış problemə görə sərnişin alternativ ekspress avtobusdan istifadə etməyə məcburdursa, onun üzərinə əlavə maliyyə yükünün qoyulması yenidən nəzərdən keçirilməlidir:

“Burada söhbət böyük məbləğdən getməyə bilər. Amma hər gün işə və ya universitetə gedib-gələn vətəndaş üçün 50-60 qəpik əlavə ödəniş belə ayın sonunda nəzərəçarpacaq xərcə çevrilir. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu məsələ daha həssasdır”.

A.İbrahimovun sözlərinə görə, ekspress avtobusların müəyyən müddət ərzində ödənişsiz təşkil edilməsi mümkündür:

“Bunun üçün xidmətin xərcləri dövlət və ya şəhər büdcəsindən subsidiya edilə bilər. Əgər bu addım vətəndaşın rahatlığını artırır, avtomobildən istifadənin azalmasına və tıxacların yüngülləşməsinə səbəb olursa, həmin xərci yalnız xərc kimi qiymətləndirmək düzgün deyil. Hətta daha optimal model tətbiq oluna bilər: metro fəaliyyətində fasilə və ya məhdudiyyət yaranan zaman onu əvəz edən ekspress marşrutlarda vahid və ya pulsuz keçid sistemi tətbiq edilsin. Vətəndaş bir nəqliyyat xidmətində yaranmış problemin yükünü ikinci dəfə ödəniş etməklə daşımamalıdır”.

İqtisadçı deyib ki, ən azı 11 ay ekspress avtobusları ödənişsiz fəaliyyət göstərə bilər:

“Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis kimi bütün məsuliyyətimlə deyirəm ki, ən azı metro xəttinin normal fəaliyyətinə qayıdana qədər ekspress avtobusların ödənişsiz və ya əhəmiyyətli güzəştlə fəaliyyət göstərməsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, Lüksemburqda ekspress marşrutlar ödənişsizdir. Düşünürəm ki, bunu Bakıda da tətbiq etmək olar”.

Zaira Akifqızı

 

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

Avqust 19, 2026
Cəmiyyət

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

Avqust 19, 2026
Cəmiyyət

Azərbaycanın ekoloji “saatlı bomba”sı: suyumuz hara gedir?

 

Avqust 19, 2026
Cəmiyyət

Bakıda 3 istiqamətdə tıxac var - SİYAHI

Avqust 19, 2026
Cəmiyyət

Aylıq iş qrafiki ömrü qısaldırmış

Avqust 18, 2026
Cəmiyyət

Axirət günü nə vaxt olacaq? – Tarix AÇIQLANDI

Avqust 18, 2026

XƏBƏR LENTİ

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

19 Avqust, 26 / 11:26

Bu avtomobil markası 955 min avtomobili geri çağırdı

19 Avqust, 26 / 11:12

Ferrarinin ilk tam elektrikli modeli rekord qiymətə satıldı

19 Avqust, 26 / 10:57

İsrail müdafiə naziri: "Qəzzaya hücumları davam etdirəcəyik"

19 Avqust, 26 / 10:42

Fransada seçki bombası: Üç məşhur siyasətçiyə qarşı Rusiya əməliyyatı

19 Avqust, 26 / 10:28

Yutubda baxış qaydası dəyişir

19 Avqust, 26 / 10:14

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

19 Avqust, 26 / 10:00

SEPAH-dan İrəvanla gizli sövdələşmə

19 Avqust, 26 / 9:56

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA

19 Avqust, 26 / 9:42

Rusiya Zaporojyeyə BOMBA YAĞDIRDI: Ölən və yaralananlar var - VİDEO

 

19 Avqust, 26 / 9:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.