Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda iki marşrut avtobusun fəaliyyəti ilə bağlı qərar verildi

Cəmiyyət

Bakı şəhərində 161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.

Cagdas.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, daşıyıcı “Azland Plaza” MMC-nin hər iki şəhərətrafı marşrutun istismarını dayandırması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.

Bu gündən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.

161 nömrəli marşrut Hövsan qəsəbəsi – Suraxanı qəsəbəsi, 162 nömrəli marşrut Ramana yaşayış kompleksi – “Koroğlu” NMM istiqamətində hərəkət edir.

Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq.(modern.az)