Bu gün Bakıda külək nəticəsində 15 ağac sınıb.
Cagdas.az bildirir ki bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Birlikdən verilən məlumata görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.
Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.
Bildirilib ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.\modern.az\

















