Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı

Cəmiyyət

Azərbaycanda təcili tibbi yardımın operativliyini artırmaq məqsədilə yeni layihəyə start verilir. Yerli markaya məxsus motosikletlər xüsusi olaraq “Ambucycle” (motosikletli təcili yardım) xidməti üçün hazırlanıb.

Cagdas.az xəbər veriri ki bu barədə Modern.az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) cavab verilib.

Qurumdan verilən məlumata görə, ilk mərhələdə 10 motosiklet mərhələli qaydada istifadəyə veriləcək. Layihənin ilkin nəticələri və effektivliyi qiymətləndirildikdən sonra xidmətin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Ambucycle” xidməti xüsusilə sıx hərəkət olan küçələrdə və tıxaclarda pasiyentlərə ilkin tibbi yardımın daha tez çatdırılmasına imkan yaradacaq.