Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda piyada olmaq: Səkilər parklanma və ticarət yerinə çevrilib

Cəmiyyət

Bakıda səkilərin avtomobillər, küçə ticarəti və müxtəlif obyektlər tərəfindən zəbt edilməsi piyadaların hərəkətini çətinləşdirir.

Nəqliyyat eksperti İlqar Hüseynov Cagdas.az -a açıqlamasında bildirib ki, küçə ticarəti dünyanın bir çox ölkəsində mövcuddur və inzibati qurumlar tərəfindən nəzarətdə saxlanılır.

 

Ekspertin sözlərinə görə, küçə ticarətinə yalnız müvafiq icra hakimiyyəti strukturlarının müəyyən etdiyi gün, vaxt və ərazilərdə icazə verilməlidir:

“Lakin restoran, xidmət sektoru və marketlər tərəfindən səkilərin uzun müddət zəbt olunması qanunauyğun hesab edilə bilməz. Piyadaların hərəkətinin və rahatlığının təmin olunması üçün yollar açılmalı, səkilər təmizlənməlidir. Bununla bağlı müvafiq icra hakimiyyəti strukturları öz mövqelərini ortaya qoymalıdırlar”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, əvvəlki illərlə müqayisədə səkilərin avtomobillər tərəfindən zəbt edilməsi halları azalıb. Onun sözlərinə görə, səkidə avtomobil park edilməsinə görə tətbiq olunan cərimələr sürücülərin bu qayda pozuntusundan çəkinməsinə təsir edib.

 

O, Bakıdakı piyada infrastrukturunun qısa müddətdə ideal vəziyyətə gətirilməsinin mümkün olmadığını da vurğulayıb:

“Küçə ticarətinin özü problem deyil, əsas məsələ onun düzgün tənzimlənməməsidir. Xüsusilə yay aylarında dondurma aparatları və soyuducuların səkilərdə yerləşdirilməsi piyadaların hərəkətinə mane olur. İnsanlar dolanışıq üçün bu işlə məşğul olurlar. Mən küçə ticarətinin əleyhinə deyiləm. Amma bunu səliqəli formada tənzimləmək daha yaxşı olardı”.(sfera.az)