• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Bakıda qəbul edilən Bəyannamə BMT-nin rəsmi sənədi oldu

24 Dekabr, 25 / 9:47
A A

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin təqdim etdiyi məktub və ona əlavə edilmiş Bəyannamə BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

“Cagdas.az” xəbər verir ki, sənədə əsasən, 8 dekabr 2025-ci il tarixində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev tərəfindən BMT-nin Baş katibinə ünvanlanmış məktubda Bakıda keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul olunmuş Bəyannamə təqdim edilib.

Qeyd olunan beynəlxalq konfrans 9–11 oktyabr 2025-ci il tarixlərində Bakıda baş tutub və müxtəlif ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan olan nümayəndələri bir araya gətirib. Tədbir itkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq və insan hüquqları kontekstində müzakirəsinə həsr olunub.

Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin sayının artmasından ciddi narahatlıq ifadə olunur, ailələrin yaxınlarının taleyi ilə bağlı həqiqəti bilmək hüququ bir daha təsdiqlənir. Sənəddə dövlətlərin beynəlxalq humanitar hüquqa və insan hüquqları hüququna hörmət etməsinin vacibliyi vurğulanır.

Eyni zamanda, tərəflər silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması üçün mümkün bütün tədbirlərin görülməsinə, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumatların təqdim edilməsinə çağırılır. Bəyannamədə mina və partlamamış hərbi sursatların itkin şəxslərin müəyyən edilməsinə maneə yaratdığı da xüsusi qeyd olunur.

Sənəddə dövlətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına itkin düşmüş şəxslər probleminin həlli istiqamətində əməkdaşlığın gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də məhkəmə-tibbi ekspertiza və yeni texnologiyalardan istifadə tövsiyə edilir.

Məktub və əlavə olunmuş Bəyannamə BMT Baş Assambleyasının gündəliyində “Silahlı münaqişələrin qarşısının alınması”, “İnsan hüquqlarının təşviqi və müdafiəsi”, “İrqçilik və ayrı-seçkiliyin aradan qaldırılması” və “Hüququn aliliyi” mövzuları üzrə rəsmi sənəd kimi yayılıb.

Bənzər Xəbərlər

Manşet

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

Avqust 13, 2026
Manşet

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

İyul 31, 2026
Manşet

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

İyul 28, 2026
Siyasət

Rəşad Məmmədov etimadnaməsini Mirziyoyevə təqdim etdi

İyul 28, 2026
Manşet

Bu şəxslər vizadan azad edildi - Sudanla

İyul 22, 2026
Siyasət

Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur

İyul 17, 2026

XƏBƏR LENTİ

Paltaryuyan maşının simvollarının mənası – Kəpənək, spiral, əl

14 Avqust, 26 / 23:45

Holandd Ginnesin 4 rekorduna birdən düşdü

14 Avqust, 26 / 23:26

Bu içki qaraciyəri yormur – Əksinə, QORUYURMUŞ

14 Avqust, 26 / 23:14

Kainatda sirli obyekt aşkarlandı: Ulduzdan 100 milyard dəfə çox enerji yayır

14 Avqust, 26 / 23:00

Osimhenə tarixi təklif – “Qalatasaray” qərarını verdi

14 Avqust, 26 / 22:47

“Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlandı

14 Avqust, 26 / 22:34

İmplantların dövrü bitir? Təbii diş çıxaran dərman dünyada böyük səs-küy yaratdı

14 Avqust, 26 / 22:20

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR -SİYAHI

14 Avqust, 26 / 22:06

Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar – ADLAR

14 Avqust, 26 / 21:51

Sənaye məhsulu istehsalı artıb

14 Avqust, 26 / 21:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.