• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda qadın ərini döydüyünə görə 1000 manat cərimələndi

21 Avqust, 26 / 13:14
A A

Bakının Nizami rayonunda qadın keçmiş ərinə xəsarət yetirməkdə ittiham olunub.

Cagdas.az -ın əldə etdiyi məlumata görə, Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Leyla keçmiş əri Mahir (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Leyla keçmiş ərinin yaşadığı ünvana gəlib və 3 azyaşlı övladını götürmək istəyib. Bu zaman Mahir etiraz edib və uşaqları vermək istəmədiyi üçün aralarında mübahisə baş verib.

Mübahisə zamanı Mahir Leylanı sinəsindən itələyərək evdən çıxarmaq istəyib. Bundan qəzəblənən Leyla qisas almaq niyyəti ilə Mahirin sifətinə əli ilə şillə vurub və dırnağı ilə sifətini cızıb.

Leylanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən Leyla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mahirlə rəsmi nikahı olmasa da, 7 il ailəli olub, həmin birlikdən 3 övladı var:

“5 ildir ki, Mahirdən ayrılmışam və 3 övladım isə mənimlə birlikdə yaşayır. Məlum hadisədən əvvəl kirayədə qaldığım evi dəyişdiyim üçün övladlarımı Mahirin yaşadığı ünvana apardım”.

Leyla qeyd edib ki, məlum hadisə günü Mahirin anasına telefonla zəng edib və uşaqlarını götürmək istədiyini bildirib:

“Anası etiraz etmədi və mən uşaqlarımı götürmək məqsədilə Mahirin yaşadığı ünvana getdim. Qapını döydüm, lakin qapını açan olmadı. Təkrar qapını döydükdə qapı özü-özünə açıldı. Mən Mahirdən uşaqlarımı mənə verməsini istədim. Lakin Mahir uşaqları verməyəcəyini bildirdi. Mahir mənim kirayədə qaldığım evdə pişik olduğunu bəhanə edərək uşaqları verməkdən imtina etdi. Mahir məni sinəmdən itələyərək qapıdan çıxarmaq istədi. Bu zaman özümü müdafiə etmək üçün əl atdıqda dırnağım onun üzünü cızdı. Mən ona şillə vurmamışam”.

İş üzrə zərərçəkmiş Mahirin sözlərinə görə, Leyla kirayədə qaldığı evi dəyişdiyini bildirərək uşaqların onun yanında qalmalarını istəyib və onları onun yaşadığı ünvana gətirib:

“Məlum hadisə günü Leyla uşaqlarla görüntülü danışan zaman onun yeni kirayə tutduğu mənzildə pişik olduğunu gördüm. Uşaqları pişik olan evə aparmasına narazılıq etdim və evin şəraiti gigiyenik olmadığı üçün uşaqları ona verməyəcəyimi dedim. Mobil telefonla danışarkən Leyla ilə aramızda sözlü mübahisə yarandı, onun nömrəsini blokladım”.

Mahir qeyd edib ki, həmin gün saat təxminən 22 radələrində Leyla onun yaşadığı ünvana gəlib və uşaqları götürmək istədiyini bildirib: “Mən etiraz etdim və bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Leyla şillə ilə sifətimdən vurdu və dırnağı ilə sifətimə xəsarət yetirdi”.

Mahir ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını, dövlət ittihamçısının istədiyi cərimə cəzası ilə razı olduğunu, Leylanın uşaqlarının anası olduğunu nəzərə alaraq ona ən yüngül cəzanın verilməsini istəyib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Leyla 1000 manat miqdarında cərimə edilib.\Demokrat.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”

Avqust 21, 2026
Cəmiyyət

Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir

Avqust 21, 2026
Cəmiyyət

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

Avqust 21, 2026
Cəmiyyət

İtkin-şəhid Akif Qurbanovun dəfn mərasimi keçirilir

Avqust 21, 2026
Cəmiyyət

Kəlbəcərə dolu düşüb

Avqust 21, 2026
Cəmiyyət

Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…

Avqust 21, 2026

XƏBƏR LENTİ

Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”

21 Avqust, 26 / 14:38

Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir

21 Avqust, 26 / 14:24

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

21 Avqust, 26 / 14:10

İtkin-şəhid Akif Qurbanovun dəfn mərasimi keçirilir

21 Avqust, 26 / 13:56

Kəlbəcərə dolu düşüb

21 Avqust, 26 / 13:42

Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…

21 Avqust, 26 / 13:28

Bakıda qadın ərini döydüyünə görə 1000 manat cərimələndi

21 Avqust, 26 / 13:14

“Qarabağ”ın “Tvente” üzərində qələbəsi Azərbaycana nə qazandırdı? – UEFA reytinqi

21 Avqust, 26 / 13:00

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi DƏYİŞDİRİLDİ

21 Avqust, 26 / 12:48

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

21 Avqust, 26 / 12:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.