• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?

28 İyul, 26 / 11:12
A A

Türkiyədən Bakıya gələn və sosial şəbəkələrin Azərbaycan seqmentində tənqid olunan “Çılğın dondurmaçı” ilə bağlı çağırışlar artır.

Paytaxtın mərkəzində dondurma satan Mehmet Dinç ritmik musiqilər və rəqslərlə dondurma satışı edən sosial media fenomenidir. Lakin onun qarşısında rəqs edən müxtəlif yaş təbəqələrindən olan azərbaycanlıların bu davranışı cəmiyyətdə birmənalı qarşılanmır.

Kimisi günahı türkiyəli dondurma satıcısında, kimisi vətəndaşlarımızda görür. Amma burada qəbahət görməyən, əyləncə olduğunu deyənlər də az deyil. Bəziləri isə Mehmetin Azərbaycandan uzaqlaşdırılmasını tələb edir.

Çılğın dondurmaçı”nın bu görüntüləri rekord qırır - VİDEO | Baku.ws Xəbər  saytı - Son xəbərlər və Hadisələr

Sosial şəbəkələri başına alan görüntülər və etiraz çağırışları hazırda müzakirə mövzusuna çevrilib. Onu da deyək ki, həmin şəxs Türkiyədən sonra Birləşmiş Ərəb Əmirliyində də fəaliyyət göstərib, sonra Azərbaycana gəlib. Onun videoları əsasən “TikTok” platformasında yayılıb. Hazırda donurmaçının “TikTok” hesabını 21 milyon istifadəçi izləyir. Məsələyə tanınmış şəxslər münasibət bildirib. Hətta müğənni Nadir Qafarzadə paylaşdığı videoda “Çılğın dondurmaçı”nın qarşısında rəqs edən qadınlar haqqında sərt və təhqiramiz ifadələr işlədib.

Bəs əslində necə olmalıdır? Doğurdanmı dondurma satan şəxsin qarşısında oynamaq qəbahət və ya mənəvi cəhətdən aşınmanın göstəricisidir?

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov Musavat.com-a qeyd edib ki, mentalitet adı ilə hər yeniliyə qarşı çıxmaq doğru deyil: “Görünüşünə, həyat tərzinə, mədəniyyətinə və sosial münasibətlərinə görə hər dövrün özünəməxsus xüsusiyyətləri olur.

Bəzən bu dəyişikliklər gündəlik həyatda, bəzən incəsənətdə və mədəniyyətdə, bəzən isə sosial fəaliyyət və biznes sahəsində özünü göstərir. Dövrün tələblərinə uyğun olaraq müxtəlif kreativ yanaşmalar meydana çıxır və cəmiyyətlər də buna uyğun şəkildə formalaşır.
Dünyanın bir çox ölkəsində insanlar bu cür yenilikləri təbii qarşılasalar da, nədənsə Azərbaycanda hər yeniliyə irad tutmaq, hər məsələdə qüsur axtarmaq adət halını alıb. Azərbaycan cəmiyyəti ümumilikdə yeniliklərə açıq görünür, lakin söhbət qadınlar və qızlarla bağlı hər hansı məqamdan gedəndə, bəzilərinin reaksiyası dərhal dəyişir. Etirazlar başlayır, sosial şəbəkələrdə müzakirələr qızışır, təhqirlər səslənir və məsələ bir anda “mentalitet”, “milli-mənəvi dəyərlər” müstəvisinə daşınır”.

Aydın Xan Əbilov bildirib ki, məzəli və çılğın dondurmaçılar dünyanın bir çox ölkəsində olduğu kimi, qardaş Türkiyədə də uzun illərdir fəaliyyət göstərirlər: “Onlar kreativ satış üsulları, zarafatları, rəqsləri və maraqlı təqdimatları ilə insanların diqqətini çəkir, xüsusilə yayın ayrılmaz şirniyyatı olan dondurmanı fərqli formada təqdim edirlər. Bu, artıq həmin ölkələrdə turizm və xidmət sektorunun bir hissəsinə çevrilib. Azərbaycanlı turistlər də Türkiyəyə gedəndə həmin dondurmaçıların etdiyi zarafatlara, atmacalara, rəqslərə böyük həvəslə qoşulur, bunu əyləncə kimi qəbul edir, videolar çəkir, gülür və paylaşırlar”.

Kulturoloq vurğulayıb ki, belə hallara görə xarici vətəndaşların ölkədən çıxarılması və ya deportasiya olunması ilə bağlı çağırışlar düzgün yanaşma deyil: “Uzun illərdir cəmiyyətimizdə xüsusilə qadın və qızlara münasibətdə “özünü ağır aparmaq” anlayışı mental dəyər kimi təqdim edilir. Ancaq zaman dəyişir. Yeni nəsil bu cür yanaşmaları əvvəlki nəsillər qədər qəbul etmir. Əksinə, belə məhdudiyyətlərlə qarşılaşdıqca etirazını daha sərbəst, daha açıq və daha liberal formada ifadə edir. Gənclər dünyaya daha fərqli baxır və bir çox məsələdə əvvəlki nəslin mühafizəkar yanaşmasını bölüşmür. Unutmayaq ki, dondurma əsasən uşaqların, yeniyetmələrin və gənclərin ən çox istehlak etdiyi məhsullardan biridir. Kimsə rəqs edib dondurmasını almaq istəyirsə, bu onun seçimidir. Kimsə sadəcə dondurmasını alıb sakitcə yoluna davam etmək istəyirsə, bu da onun haqqıdır. Heç bir dondurmaçı kimisə zorla rəqs etdirmir, heç kimi məcbur etmir, heç kəsin iradəsinə zidd davranmır. Sadəcə təqdim etdiyi xidmətə maraqlı elementlər əlavə edir. İstəyən buna qoşulur, istəyən də qoşulmur. Bu, insanların dünyagörüşündən, xarakterindən, xasiyyətindən və əyləncəyə münasibətindən asılı olan məsələdir. Buna görə kiminsə ölkədən qovulmasını, deportasiya edilməsini tələb etmək mənə anlaşılan gəlmir”.

Aydın Xan Əbilov: “Vasif Talıbovun övladlarının adları bu tip hadisələrdə  hər zaman hallanıb” – YeniMedia.net – Sosial-Analitik Portal

Onun sözlərinə görə, elə bu düşüncə tərzi ilə vaxtilə Azərbaycana gələn ərəb turistlərin buradan ayağı kəsildi: “Sonra müxtəlif kampaniyalar başladı, ərəb turistləri haqqında mənfi stereotiplər yaradıldı. Nəticədə bu gün həmin turistləri Azərbaycanda demək olar ki, görmürük. Onlarla birlikdə həmin turistlərə xidmət göstərən restoranlar, otellər, əyləncə mərkəzləri və bütövlükdə turizm sektoru da ciddi zərbə aldı. Bu gün ərəb turistləri daha çox Türkiyəyə, Gürcüstana, hətta Ermənistana üz tuturlar. Eyni münasibəti İrandan gələn turistlərə qarşı da gördük. Onlar haqqında müxtəlif videolar çəkildi, saysız-hesabsız iddialar səsləndirildi. Guya burada çadır qururlar, araq içirlər, rəqs edirlər və sair. Nəticədə onlar da istiqamətlərini dəyişdilər”./Musavat.com/

Bənzər Xəbərlər

Cəmiyyət

Böyrəyində daş olanların NƏZƏRİNƏ: Hər gün bu qədər su içməsəniz...

İyul 28, 2026
Cəmiyyət

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır – Həkimlər xəbərdarlıq edir

İyul 27, 2026
Cəmiyyət

Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi – FOTOLAR

İyul 27, 2026
Cəmiyyət

Azərbaycanın FIFA referi Konfrans Liqasının oyununu idarə edəcək

İyul 27, 2026
Cəmiyyət

Süni intellekt sirli məlumatları açıqladı

İyul 27, 2026
Cəmiyyət

Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq

İyul 27, 2026

XƏBƏR LENTİ

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

28 İyul, 26 / 14:42

Rəşad Məmmədov etimadnaməsini Mirziyoyevə təqdim etdi

28 İyul, 26 / 14:27

Otellərdə qiymət “dodaq uçuqladır” – Bir gecəsi… / SİYAHI

28 İyul, 26 / 14:13

Dünyanın diqqəti İstanbula yönələcək: Nəhəng texnologiya mərkəzi açılır - VİDEO

28 İyul, 26 / 11:29

Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?

28 İyul, 26 / 11:12

Böyrəyində daş olanların NƏZƏRİNƏ: Hər gün bu qədər su içməsəniz...

28 İyul, 26 / 10:54

Rusiya diplomatı: Kiyev və Qərb Rusiyaya qarşı ittihamları “məxfilik” adı altında gizlədir

28 İyul, 26 / 10:38

Kadırov yayılan məlumatlardan narahat oldu: dərhal cavab verdi

28 İyul, 26 / 10:21

Daha bir tiktoker həbs edildi – FOTO

28 İyul, 26 / 10:05

Neft ucuzlaşdı

28 İyul, 26 / 9:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.