• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.3° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda radarın istiqaməti dəyişdirildi: Qanunsuzluq, yoxsa?

03 Sentyabr, 26 / 12:26
A A

Son dövrlər bəzi ərazilərdə radarların sürücülərin hərəkət istiqamətinə əks formada quraşdırılması diqqət çəkir.

Belə olduqda radar qarşıdan gələn avtomobili öndən deyil, nəqliyyat vasitəsini arxadan qeydə alır. Bu isə sürücünün radarın olduğunu əvvəlcədən görməsini və həmin ərazidə sürətə nəzarət edildiyini bilməsini çətinləşdirir.

Belə vəziyyətlərdən biri də Bayraq meydanından “Azneft” dairəsi istiqamətində hərəkət edən zaman müşahidə olunur. Bu kimi halla radarların hansı tələblər əsasında quraşdırılmasına və bu formada yerləşdirilməsinin nə dərəcədə düzgün olduğuna dair suallar yaradır.

Radarların sürücünün hərəkət istiqamətinə əks quraşdırılaraq avtomobilləri arxadan qeydə alması yol hərəkəti qaydalarının tələbləri baxımından nə dərəcədə düzgündür?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev qeyd edib ki, radarların sürücünün hərəkət istiqamətinə əks formada yerləşdirilməsi və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının arxadan qeydə alınması özlüyündə qanun pozuntusu hesab edilmir:

“Müasir foto və video qeydiyyat funksiyalı xüsusi texniki vasitələr avtomobili həm ön, həm də arxa hissədən qeydə almaq imkanına malik ola bilər və Azərbaycan qanunvericiliyində sürətölçən radarın mütləq şəkildə avtomobilin ön hissəsini çəkməli olması barədə ayrıca tələb müəyyən edilməyib.

Burada əsas məsələ radarın kameralarının hansı istiqamətə baxması deyil, həmin xüsusi texniki vasitənin qanunvericiliyin tələblərinə uyğun tətbiq edilməsi, ölçmənin düzgün aparılması, qeydə alınan avtomobilin və dövlət qeydiyyat nişanının aydın müəyyənləşdirilməsi və sürət həddinin pozulmasının foto və ya video materiallarla təsdiqlənməsidir.

Foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələr Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır və inzibati xəta barədə material avtomatik sistem vasitəsilə formalaşdırılmalıdır”.

Onun sözlərinə görə, burada məsələnin çox mühüm tərəfi var:

“Belə ki, qanunvericilik radarın sürücü üçün tamamilə gizli şəkildə istifadə edilməsini nəzərdə tutmur. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin VII hissəsinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş mobil və ya stasionar radardan qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır.

Yaşayış məntəqəsində bu nişan müvafiq radardan 50–200 metr, yaşayış məntəqəsindən kənarda isə 150–1000 metr qabaqda yerləşdirilməlidir.

Yəni Bayraq meydanından şəhər istiqamətində hərəkət edən sürücünün avtomobili radar qurğusunu keçdikdən sonra arxadan qeydə alınırsa, əsas hüquqi sual “niyə radar arxadan çəkir?” deyil, sürücünün hərəkət etdiyi istiqamətdə radarın mövcudluğu və ya həmin yolda tətbiq edilən sürət həddi barədə qanunda nəzərdə tutulan xəbərdarlığın radardan əvvəl olub-olmamasıdır.

Radarın özü sürücüyə arxası çevrilmiş vəziyyətdə ola bilər, kamera arxa dövlət qeydiyyat nişanını çəkə bilər, lakin xəbərdarlıq nişanı sürücünün gəldiyi istiqamətdə və qanunun müəyyən etdiyi məsafədə olmalıdır.

Məhz radarın texniki quruluşunun sürücüyə görünməsi məcburi şərt deyil, lakin qanunun tələb etdiyi qabaqlayıcı məlumatlandırma təmin edilməlidir”.

A.Nəbiyev vurğulayıb ki, məsələyə yol təhlükəsizliyi baxımından da məhz bu prinsiplə yanaşmaq lazımdır:

“Radarın əsas məqsədi mümkün qədər çox sürücünü cərimələmək deyil, sürücünü sürət rejiminə əməl etməyə sövq etmək və təhlükəli yol sahəsində sürəti azaltmaqdır.

Sürücü radarın yerini görməsə belə, əvvəlcədən “radar”, yaxud müvafiq maksimum sürət həddi barədə qanuna uyğun məlumatlandırılıbsa, artıq onun həmin ərazidə sürət rejiminə əməl etmək öhdəliyi var.

Əksinə, sürücünün hərəkət etdiyi istiqamətdə tələb olunan xəbərdarlıq yoxdursa, nişan görünməyəcək vəziyyətdədirsə, başqa obyektlə örtülübsə və ya qanunda nəzərdə tutulan məsafə tələblərinə əməl edilməyibsə, bu, konkret radarın tətbiqinin qanunvericiliyə uyğunluğu ilə bağlı əsaslı sual yarada bilər.

Belə vəziyyətdə sürücü yalnız “radar məni arxadan çəkib” arqumentinə deyil, məhz radarın yerləşdiyi nöqtədən əvvəl qanunun tələb etdiyi 6.14 və əlavə məlumat nişanının və ya 3.24 nişanının olub-olmamasına, onun hansı məsafədə yerləşdirilməsinə və görünmə imkanına diqqət yetirməlidir.

Eyni zamanda, xüsusi texniki vasitənin ölçmələrinin etibarlılığı da vacibdir. Yol-patrul xidmətiylə bağlı normativ tələblərdə metroloji yoxlamadan keçməmiş və ya yoxlama müddəti bitmiş nəzarət-ölçü cihazlarının tətbiqinin yolverilməz olduğu göstərilir”.

Ekspert qeyd edib ki, bu baxımdan radarların arxadan qeydəalma imkanının tətbiqi prinsip etibarilə normal texnoloji üsuldur və təkcə bu fakt cəriməni qanunsuz etmir:

“Lakin bu üsul sürücünü məlumatlandırmaq tələbini aradan qaldırmır. Əgər Bayraq meydanından şəhər istiqamətində konkret radarın qarşısında qanunun tələb etdiyi məsafədə müvafiq xəbərdarlıq və ya sürət məhdudiyyəti nişanı yoxdursa, həmin vəziyyət ayrıca araşdırılmalıdır.

Ümumiyyətlə, yol hərəkətinə nəzarətin fəlsəfəsi “sürücünü tutmaq” deyil, pozuntunun qarşısını əvvəlcədən almaq olmalıdır. Radarın sürücüyə görünməməsi və avtomobili arxadan çəkməsi mümkündür, amma sürücü hansı sürət rejiminin qüvvədə olduğunu və həmin sahədə sürətə xüsusi texniki vasitə ilə nəzarət edildiyini qanunvericiliyin müəyyən etdiyi qaydada bilməlidir. Bu həm hüquqi şəffaflıq, həm də profilaktik yol təhlükəsizliyi baxımından daha düzgün yanaşmadır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda bu yolda hərəkətin təşkili dəyişir – (Video)

Sentyabr 4, 2026
Cəmiyyət

İranla imzaladıqları müqavilədən imtina etdilər

Sentyabr 4, 2026
Cəmiyyət

Keçmiş icra başçısının oğluna məxsus obyekt bağlandı – VİDEO

Sentyabr 4, 2026
Cəmiyyət

Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?

Sentyabr 4, 2026
Cəmiyyət

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?

Sentyabr 4, 2026
Cəmiyyət

Pasportsuz səyahət edən bilən 3 nəfər var – Onlar kimdir?

Sentyabr 4, 2026

XƏBƏR LENTİ

Bakıda bu yolda hərəkətin təşkili dəyişir – (Video)

04 Sentyabr, 26 / 16:22

"Qazprom" 2026-cı ildə Mərkəzi Asiyaya qaz tədarükünü təxminən 70% artırıb

04 Sentyabr, 26 / 16:18

Narışkin: Avropa cəmiyyəti Rusiya ilə müharibəyə hazır deyil

04 Sentyabr, 26 / 16:10

İranla imzaladıqları müqavilədən imtina etdilər

04 Sentyabr, 26 / 16:09

Keçmiş icra başçısının oğluna məxsus obyekt bağlandı – VİDEO

04 Sentyabr, 26 / 15:55

Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?

04 Sentyabr, 26 / 15:41

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?

04 Sentyabr, 26 / 15:27

Pasportsuz səyahət edən bilən 3 nəfər var – Onlar kimdir?

04 Sentyabr, 26 / 15:14

Xaricdən maşın gətirənlərin nəzərinə – Qaydalar dəyişir

04 Sentyabr, 26 / 15:00

Sabah temperatur 35 dərəcəyə çatacaq

04 Sentyabr, 26 / 14:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.