Paytaxtda ilk dəfə quraşdırılacaq avtobus svetoforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir.
Cagdas.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Yeni svetoforların işıq siqnalları nəyi bildirir? Hər bir siqnal hansı hərəkət qaydasını müəyyən edir?
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı foto-məlumatda avtobus sürücüləri üçün yeni svetoforların iş prinsipi, işıq siqnallarının mənası və onlara uyğun hərəkət qaydaları ətraflı izah olunur.
Sürücülərdən xahiş olunur ki, yeni svetoforların siqnalları ilə əvvəlcədən tanış olsun, hərəkət zamanı müəyyən edilmiş qaydalara ciddi əməl etsinlər.






