Yolu təmir adı ilə qazdılar, amma heç bir iş görmədilər…
Cagdas.az xəbər verir ki, bu şikayətlə paytaxtın Nəsimi rayonu Ruslan Cəfərov küçəsində yerləşən “Delfin Park Yaşayış Kompleksi”nin sakinləri “Xəzər Xəbər”ə müraciət ediblər.
Bina sakinləri bildirirlər ki, yaxınlıqda yerləşən ”Capital City” yaşayış kompleksinin rəhbərliyi tərəfindən ərazidə rahat, təmirli geniş və müasir yolun çəkilməsi barədə vəd verilib və sakinlərin istifadə etdiyi yolun asfalt qatı dağıdılıb. İşlərin 1 həftə ərzində başa çatdırılacağı bildirilsə də, sakinlər 3 aya yaxındır gözləyirlər.
Sakinlər deyirlər ki, dəfələrlə şikayətlərini bildirsələr də, onlara təmirlə bağlı hər dəfə müxtəlif vaxtlar bildirilib.
Sakinlərin şikayəti ilə bağlı “Capital City” yaşayış kompleksinin rəsmisi Kamil Məmmədov vurğulayıb ki, bir həftə ərzində sakinlərin problemi öz həllini tapacaq. Şirkət təmir işlərini başa çatdıraraq bina sakinlərini daha səliqəli və asfaltlanmış yolla təmin edəcək./KONKRET.az/
















