Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Bakıya gələn sərnişinin ayaqqabısından patronlar tapıldı – GÖRÜNTÜ

Cəmiyyət

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının əl yükündə odlu silaha aid patronlar aşkar edilib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9×18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.\modern.az\