• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.3° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

28 İyul, 26 / 9:18
A A

Azərbaycanda qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi yenidən müzakirə mövzusuna çevrilib. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, hazırda milli valyutada 12%, xarici valyutada isə 2,5% olan faiz hədlərinin dəyişdirilməsinə ehtiyac yoxdur. Bununla belə, yeni metodologiya əsasında bazar mütəmadi təhlil edilir və faiz hədləri hər altı aydan bir yenidən qiymətləndirilir. Bu isə gələcəkdə əmanətlərin sığortalanması üçün müəyyən edilən faiz limitlərinin dəyişə biləcəyi ilə bağlı sualları aktuallaşdırır.

Əmanətlər üzrə faiz hədləri yaxın aylarda dəyişə bilərmi, yoxsa mövcud limitlərin uzun müddət qüvvədə qalacağı gözlənilir?

Çağdaş.Az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, hazırkı mərhələdə qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi üçün ciddi iqtisadi əsas görünmür:

“Belə ki, Əmanətlərin Sığortalanması Fondunun yeni metodologiya əsasında bazarı hər altı aydan bir qiymətləndirməsi normal və beynəlxalq praktikaya uyğun yanaşmadır. Lakin bu, avtomatik olaraq faiz hədlərinin hər altı aydan bir dəyişəcəyi anlamına gəlmir. Metodologiyanın məqsədi bazardakı dəyişiklikləri izləmək və yalnız zərurət yarandıqda limitləri yeniləməkdir. Hazırda bank sektorunda əmanət faizləri ümumilikdə sabitdir. Milli valyutada əmanətlər üzrə orta faiz dərəcələri mövcud sığorta həddinə yaxın olsa da, onu kəskin şəkildə üstələmir. Xarici valyutada isə faizlər onsuz da aşağı səviyyədə qalır. Bu baxımdan hazırkı 12 faiz (manat) və 2,5 faiz (xarici valyuta) hədlərinin bazar reallığını əks etdirdiyini söyləmək olar”.

asif 1
Asif İbrahimov

İqtisadçının sözlərinə görə, faiz hədlərinin dəyişdirilməsi yalnız bir neçə halda gündəmə gələ bilər:

“Bunlara bazar faizlərinin davamlı şəkildə yüksəlməsi, pul-kredit siyasətində ciddi dəyişikliklər, inflyasiya mühitinin əhəmiyyətli dərəcədə dəyişməsi və ya banklar arasında əmanət cəlbi üzrə rəqabətin kəskin artması daxildir. Hazırkı makroiqtisadi şəraitdə isə belə kəskin dəyişikliklər müşahidə olunmur. Digər tərəfdən, qorunan əmanətlər üzrə faiz həddi çox yüksək müəyyən edilərsə, bu, bankların daha yüksək faiz vəd etməklə daha riskli resurs cəlb etməsini stimullaşdıra bilər. Əksinə, hədd bazar faizlərindən xeyli aşağı olarsa, vətəndaşların müəyyən hissəsi əmanətlərinin tam sığortalanmasından kənarda qala bilər. Buna görə də optimal balansın qorunması maliyyə sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır”.

A.İbrahimov hesab edir ki, yaxın aylarda qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi ehtimalı yüksək deyil:

“ƏSF bazarı izləməyə davam edəcək, lakin yalnız bazar göstəricilərində davamlı və əhəmiyyətli dəyişikliklər baş verdiyi halda limitlərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər. Buna görə də mövcud faiz hədlərinin ən azı yaxın dövrdə qüvvədə qalacağı daha real ssenari kimi görünür”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Otellərdə qiymət “dodaq uçuqladır” – Bir gecəsi… / SİYAHI

İyul 28, 2026
İqtisadiyyat

Neft ucuzlaşdı

İyul 28, 2026
İqtisadiyyat

Neft kəskin ucuzlaşdı: 92 dollara düşdü

İyul 27, 2026
İqtisadiyyat

Avro və rubl bahalaşdı

İyul 27, 2026
İqtisadiyyat

Qızıl və gümüş bahalaşdı

İyul 27, 2026
İqtisadiyyat

Azərbaycanda ən çox bazar və yarmarkası olan BÖLGƏLƏR

İyul 25, 2026

XƏBƏR LENTİ

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

28 İyul, 26 / 14:42

Rəşad Məmmədov etimadnaməsini Mirziyoyevə təqdim etdi

28 İyul, 26 / 14:27

Otellərdə qiymət “dodaq uçuqladır” – Bir gecəsi… / SİYAHI

28 İyul, 26 / 14:13

Dünyanın diqqəti İstanbula yönələcək: Nəhəng texnologiya mərkəzi açılır - VİDEO

28 İyul, 26 / 11:29

Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?

28 İyul, 26 / 11:12

Böyrəyində daş olanların NƏZƏRİNƏ: Hər gün bu qədər su içməsəniz...

28 İyul, 26 / 10:54

Rusiya diplomatı: Kiyev və Qərb Rusiyaya qarşı ittihamları “məxfilik” adı altında gizlədir

28 İyul, 26 / 10:38

Kadırov yayılan məlumatlardan narahat oldu: dərhal cavab verdi

28 İyul, 26 / 10:21

Daha bir tiktoker həbs edildi – FOTO

28 İyul, 26 / 10:05

Neft ucuzlaşdı

28 İyul, 26 / 9:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.