• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.8° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Banklardan kredit götürənlər DİQQƏT: Borcların artmasının əsas səbəbi AÇIQLANDI

30 İyul, 26 / 20:26
A A

Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelində payı hələlik kritik həddə çatmasa da, artım tendensiyası narahatlıq doğurur. Ekspertlər hesab edirlər ki, problemli kreditlərin aylar və illər üzrə davamlı artması əhalinin gəlirlərinin kredit öhdəliklərini qarşılamaq baxımından kifayət etmədiyini göstərə bilər.

Cagdas.az bildirir ki İqtisadçı Natiq Cəfərli Referans Media-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelindəki payı təhlükəli səviyyədə deyil. Lakin əsas narahatlıq doğuran məqam göstəricinin artım tendensiyasıdır.

Onun sözlərinə görə, beynəlxalq praktikada problemli kreditlərin ümumi kredit portfelində payının 3 faizi keçməsi ciddi risk siqnalı hesab olunur.

“Hazırda bizdə belə təhlükəli vəziyyət yoxdur. Təqribən 1,8-1,9 faizdir ümumi kredit portfelində problemli kreditlərin həcmi. Amma bizdə təhlükəli olan tendensiyadır. Demək olar ki, hər il, hər ay problemli kreditlərin həcmi artır”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli qeyd edib ki, problemli kreditlərin artması əhalinin gəlir səviyyəsi ilə kredit öhdəliklərini yerinə yetirmək imkanları arasında problemin yarandığını göstərir.

“Bu, ondan xəbər verir ki, əhalinin gəlir səviyyəsi və aldıqları kreditləri qaytarma intensivliyi azalır. Bu da çox ciddi problemdir”, – deyə o vurğulayıb.

İqtisadçının sözlərinə görə, bankların uzunmüddətli kreditlərdən daha çox istehlak kreditlərinə üstünlük verməsi də müəyyən risklər yaradır.

“İstehlak kreditləri problemə çevrilir. Çünki vətəndaş bir neçə istehlak krediti götürür, sonra onları qaytara bilmir. Bu da ciddi problemlərlə müşayiət olunur”, – deyə Cəfərli bildirib.

Ekspert problemli kreditlərin artmasının əsas səbəbləri sırasında kredit faizlərinin yüksək olmasını və əhalinin real gəlirlərinin əhəmiyyətli dərəcədə artmamasını göstərib.

Onun fikrincə, vətəndaşların gəlirləri kredit öhdəliklərinin artım tempinə uyğun yüksəlmədikcə, borcların qaytarılması ilə bağlı çətinliklərin dərinləşməsi mümkündür.

Beləliklə, problemli kreditlərin ümumi portfeldəki payı hazırda kritik həddən aşağı olsa da, davamlı artım tendensiyası bank sektoru və əhali üçün risklərin böyüdüyünü göstərən əsas siqnallardan biri olaraq qalır.

Bənzər Xəbərlər

Cəmiyyət

Psixi xəstələrin sayı nə üçün artır? – AÇIQLAMA

İyul 30, 2026
Cəmiyyət

Ər və ya arvad vəfat etdikdə pensiyası kimə verilir? – Qaydaları AÇIQLANDI

İyul 30, 2026
Cəmiyyət

Rayonda gilas zibilliyə atılır, Bakıda isə “od qiymətinə” satılır – ŞOK SƏBƏB

İyul 30, 2026
Cəmiyyət

Həkimləri SEVİNDİRƏCƏK XƏBƏR: Rayonlarda çalışanlara xüsusi maaş və dəstək VERİLƏCƏK

İyul 30, 2026
Cəmiyyət

Bakı Qızlar Universiteti BAĞLANDI

İyul 30, 2026
Cəmiyyət

Universitetlərdə müəllim çatışmır – “250 manata kim işləyər?”

İyul 30, 2026

XƏBƏR LENTİ

Psixi xəstələrin sayı nə üçün artır? – AÇIQLAMA

30 İyul, 26 / 21:09

Ər və ya arvad vəfat etdikdə pensiyası kimə verilir? – Qaydaları AÇIQLANDI

30 İyul, 26 / 20:53

Rayonda gilas zibilliyə atılır, Bakıda isə “od qiymətinə” satılır – ŞOK SƏBƏB

30 İyul, 26 / 20:42

Banklardan kredit götürənlər DİQQƏT: Borcların artmasının əsas səbəbi AÇIQLANDI

30 İyul, 26 / 20:26

Həkimləri SEVİNDİRƏCƏK XƏBƏR: Rayonlarda çalışanlara xüsusi maaş və dəstək VERİLƏCƏK

30 İyul, 26 / 20:11

Bakı Qızlar Universiteti BAĞLANDI

30 İyul, 26 / 19:57

Universitetlərdə müəllim çatışmır – “250 manata kim işləyər?”

30 İyul, 26 / 19:43

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

30 İyul, 26 / 19:29

Avqustda bu məhsullar bahalaşa bilər – SİYAHI

30 İyul, 26 / 19:15

Kəmaləddin Heydərov xanımı ilə festivalda – FOTO

30 İyul, 26 / 19:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.