• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.6° Weather Columbus
$
1.7
€
1.9845
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bazarlarımızda erməni şaftalısı – CƏMİ 47 qəpiyə…

20 Avqust, 26 / 13:49
A A

Ermənistanın Armavir vilayətində fermerlər Armavir-İrəvan yolunu bağlayaraq etiraz aksiyası keçiriblər. Xancyan və Aşik kəndlərindən olan bağbanlar şaftalının alış qiymətinin aşağı salınmasına etiraz ediblər. Fermerlərin sözlərinə görə, ixracatçılar məhsulun bir kiloqramına cəmi 100 dram (təxminən 47 qəpik) təklif edirlər. Halbuki Ermənistan hökuməti ixrac edilən hər kiloqram meyvəyə görə ixracatçılara 250 dram (təxminən 1,17 manat) subsidiya vəd edib.

Fermerlər hesab edir ki, vasitəçilər sistemi manipulyasiya etmək niyyətindədir: məhsulu ucuz qiymətə alıb, Gürcüstana ixrac göstərərək dövlət subsidiyasını əldə edə və meyvəni sonradan utilizasiya edə bilərlər. Bu halda hər kiloqramdan təxminən 150 dram (70 qəpik) gəlir əldə ediləcəyi bildirilir. Etirazçılar məhsullarını ucuz qiymətə verməyəcəklərini və 250 dramlıq subsidiyanın birbaşa onlara ödənilməsini tələb ediblər.

Hadisə yerinə yerli administrasiyanın rəhbəri gəlib və yolu açmağa çağırıb. O bildirib ki, İqtisadiyyat Nazirliyində məsələ ilə bağlı qubernatorun iştirakı ilə görüş keçirilir. Məmur məhsulun bir hissəsinin quru meyvə istehsalçıları tərəfindən alınacağını, qalan hissəsinin isə ixrac ediləcəyini və ya konservləşdiriləcəyini vəd edib. Bundan sonra razılaşıblar. Problem həll olunmasa, etirazçılar yolu müddətsiz bağlayacaqları barədə xəbərdarlıq ediblər.

Yeri gəlmişkən, Baş nazir Paşinyan ötən həftə bəyan etmişdi ki, Azərbaycana erməni məhsulları tədarük oluna bilər. Belə vəziyyətdə erməni şaftalısının ölkəmizə idxal olunması mümkündürmü, yoxsa bunun üçün müvafiq texniki şərtlər, prosedur qaydaları hələ hazır deyil?

Xalid Kərimli: “Pulu çox olan vətəndaş onu depozitdə saxlasa, yaxşıdır"

Cagdas.az bildirir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, Ermənistanın Azərbaycana kənd təsərrüfatı və sənaye məhsulları ixrac etməsi gələcəkdə kifayət qədər real görünür: “Sahibkarlar o zaman məhsul ixrac edirlər ki, alış və satış qiymətləri onlar üçün uyğun olsun. Bu baxımdan sabah sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla qarşılıqlı ticarətin başlaması niyə mümkün olmasın? Gürcüstandan təzə qoyun əti, şərab və digər məhsullar alırıqsa, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistandan da müxtəlif məhsullar alınıb-satılacaq. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır”.

İqtisadçı hesab edir ki, Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması bazarda məhsul bolluğu və əlavə rəqabət yarada bilər. Bu isə ilk növbədə istehlakçıların maraqlarına uyğundur: “Bazarda məhsul bolluğunun yaranması ilk növbədə alıcının xeyrinədir. Çünki idxal istehlakçı üçün daha geniş seçim və daha münasib qiymətlər yaradır. Məsələn, idxal olmasa, Azərbaycanda qiymət artımı 10 faizdən də çox ola bilər. Bu, sadəcə nümunə olaraq dediyim rəqəmdir. İdxal bazarda məhsul bolluğu yaradır və yerli istehsalçıların da ədalətli qiymət formalaşdırmasına stimul verir. Ona görə biz həmişə deyirik ki, idxalda rəqabət olmalıdır. İdxalı məhdudlaşdırmaq olmaz ki, bazarda ədalətli qiymət formalaşsın”.

Ekspertin fikrincə, Ermənistan şaftalısının Azərbaycan bazarına daxil olması yerli istehsalçılar üçün də müəyyən çağırış yaradacaq. Bu halda sahibkarlar daha keyfiyyətli və daha münasib qiymətə məhsul istehsal etməyə çalışmalıdırlar: “Əgər erməni şaftalısı Azərbaycana idxal olunarsa, bizim bazar da buna uyğun reaksiya verməlidir. Bizim sahibkarlar daha ucuz və keyfiyyətli şaftalı istehsal etməyə çalışmalıdırlar.

Nə üçün istehlakçını daha baha qiymətə şaftalı almağa məcbur etməliyik? Bu, səmərəli iqtisadiyyat deyil. Sərbəst iqtisadiyyat, sərbəst ticarət və xüsusilə qonşu ölkələrlə ticarət həm hər iki ölkənin iqtisadiyyatı, həm də vətəndaşlar üçün faydalıdır. Yeni bir rəqabət kanalı yaranacaq və sahibkarlarımız da fəaliyyətlərini buna uyğun qurmalıdırlar”.

Bənzər Xəbərlər

Cəmiyyət

Qanunsuz işdən çıxarılan 63 nəfər yenidən işə başladı

Avqust 20, 2026
Cəmiyyət

Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA

Avqust 20, 2026
Cəmiyyət

Bu sənədinizi itirsəniz, 200 manat cərimə olunacaqsınız

Avqust 20, 2026
Cəmiyyət

Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək

Avqust 20, 2026
Cəmiyyət

Xoşqədəm Xudiyeva işdən çıxarıldı

Avqust 20, 2026
Cəmiyyət

Ət bahalaşır, gəlirlər çatmır: Qiymətlərin sabitləşməsi üçün nə edilməlidir?

Avqust 20, 2026

XƏBƏR LENTİ

Qanunsuz işdən çıxarılan 63 nəfər yenidən işə başladı

20 Avqust, 26 / 14:55

Kim rejimi yenidən raket sınağı keçirdi: Regionda gərginlik yüksəlir

20 Avqust, 26 / 14:46

Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA

20 Avqust, 26 / 14:41

Bu sənədinizi itirsəniz, 200 manat cərimə olunacaqsınız

20 Avqust, 26 / 14:27

Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək

20 Avqust, 26 / 14:23

Xoşqədəm Xudiyeva işdən çıxarıldı

20 Avqust, 26 / 14:14

Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var

20 Avqust, 26 / 14:00

Bazarlarımızda erməni şaftalısı – CƏMİ 47 qəpiyə…

20 Avqust, 26 / 13:49

Ət bahalaşır, gəlirlər çatmır: Qiymətlərin sabitləşməsi üçün nə edilməlidir?

20 Avqust, 26 / 13:35

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi

20 Avqust, 26 / 13:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.