Yol hərəkəti qaydalarına riayət etmək hər bir piyadanın təhlükəsizliyi baxımından olduqca vacibdir.
Cagdas.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara çağırışında bildirilib.
Qeyd olunub ki, yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, hərəkət zamanı diqqətli olmaq və təhlükəsizliyə əmin olduqdan sonra hərəkəti davam etdirmək vacib şərtlərdəndir.
“Unutmayaq ki, yolda bir anlıq diqqətsizlik belə, ağır nəticələrə səbəb ola bilər”,- deyə çağırışda vurğulanıb.(musavat.com)
















