• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.6° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Binaların eyvanlarını bağlamağa hansı hallarda icazə verilir? – AÇIQLAMA

17 Avqust, 26 / 17:50
A A

“İstər yeni, istərsə də köhnə binalarda mərtəbədən asılı olmayaraq hər hansı konstruksiya dəyişikliyi etmək olduqca təhlükəlidir. Əsasən, daşıyıcı divarlara toxunmaq olmaz. Yeni binalarda fasad, yəni xarici görünüşünə zərər dəyməmək şərtilə içəridə yüngül – beton daşıyıcı divarları zədələmədən, qırmadan, sındırmadan yüngül konstruksiya dəyişikliyi etmək olar. Məsələn, kərpiclə arakəsmələri dəyişmək mümkündür, amma digər hissələrinə toxunmaq olmaz. Mətbəxin yerini dəyişdikdə isə ora çəkilən qaz xətlərini görünən yerdə, yəni çöldə olmaqla sayğaca yaxın əraziyə yerləşdirmək mümkündür. Ancaq bir nüans var, həmin yerdə pəncərə və bacaların olması əsas şərtdir. Əks halda, yaranmış korbon-monoksid qazından insanların boğulma təhlükəsi yaranar”.

Cagdas.az  bildiriri ki  bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.

Ekspert Anar Nəsirov - FOTOBAZA Pravda.az

O bildirib ki, eyvan layihədə əvvəlcədən tikilmiş kimi göstərilibsə, dəyişiklik etməyə icazə var, amma tamamilə eyvanı bağlamaq mümkün deyil: “Əgər layihədə eyvan dəmir barmaqlıqlarla göstərilibsə, qarşısı hörgülü deyilsə, bu zaman onu bağlamaq binanın fasad görüşünün pozulması deməkdir. Bu da qanunla qadağandır. Məsələn, həmi eyvanın ön hissəsini saxlamaq şərtilə yüngül konstruksiya ilə çöldən yox, eyvanın iç tərəfindən bağlamaq olar. Yəni dəmir barmaqlıqların arxasından hər hansı lövhə, plasmasla bağlamaq. “Cam balkon” isə yüngül konstruksiya sayıldığı üçün mənzil fövqəladə hallardan keçibsə, hər şey qaydasındadırsa, bu zaman “cam balkon” etmək problem sayıla bilməz. Ancaq bunun da texniki şərtləri var. Gərək eyvanı daşıyan məhəccər möhkəm olsun. Eyvan açıq sahə kimi saxlanılmalıdır. Yalnız möhkəmliyindən əmin olduqdan sonra onu yüngül konstruksiya ilə “cam balkon” etmək olar. Əsas şərt budur ki, binanın fasad görünüşü pozulmasın. Şəhərin bəzi yerlərində aşağıdan dirəklər ataraq eyvanı önə çəkirlər.  Bakıda əsasən köhnə binalarında bu hallar tez-tez rastımıza çıxır. Bəzi hallarda üç-dörd kvadratlıq eyvanın yerdən ucaldılmış dirəklər vasitəsilə on-on iki kvadrata qədər artırırlar. Əslində, bu da qanunla qadağan edilib. Belə şeyə yol vermək olmaz. Bu, binanın təhlükəsizliyi baxımından yolverilməzdir. Hər an uçma təhlükəsi, digər sakinlərin zərər görməsi kimi hallar baş verə bilər. Eyvanı saxlayan güc onun ağırlığına uyğun hesablanaraq tikilib”.

Bənzər Xəbərlər

Cəmiyyət

İkinci əl avtomobil alarkən aldanmayın: VACİB XƏBƏRDARLIQ

Avqust 17, 2026
Cəmiyyət

Pensiyalarla bağlı vacib məlumat

Avqust 17, 2026
Cəmiyyət

Daşınmaz əmlak bazarında xaos: Günah maklerlərdə deyil, qanunlarımızdadır

Avqust 17, 2026
Cəmiyyət

Məktəbli formalarında dəyişiklik olacaq? – Qiymətlər endirildi

Avqust 17, 2026
Cəmiyyət

DSX-nin hərbi qulluqçuları təltif edilib – SİYAHI

Avqust 17, 2026
Cəmiyyət

Prezident bu qanunu təsdiqlədi

Avqust 17, 2026

XƏBƏR LENTİ

İkinci əl avtomobil alarkən aldanmayın: VACİB XƏBƏRDARLIQ

17 Avqust, 26 / 18:33

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb

17 Avqust, 26 / 18:18

Pensiyalarla bağlı vacib məlumat

17 Avqust, 26 / 18:04

Binaların eyvanlarını bağlamağa hansı hallarda icazə verilir? – AÇIQLAMA

17 Avqust, 26 / 17:50

Daşınmaz əmlak bazarında xaos: Günah maklerlərdə deyil, qanunlarımızdadır

17 Avqust, 26 / 17:36

Məktəbli formalarında dəyişiklik olacaq? – Qiymətlər endirildi

17 Avqust, 26 / 17:22

DSX-nin hərbi qulluqçuları təltif edilib – SİYAHI

17 Avqust, 26 / 17:08

Prezident bu qanunu təsdiqlədi

17 Avqust, 26 / 16:55

Avqustun 18-nin havası açıqlandı

17 Avqust, 26 / 16:40

Minalardan təmizlənən ərazinin sahəsi açıqlandı

17 Avqust, 26 / 16:25
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.