• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Bir fakt göstərsinlər…” – Məleykə Abbaszadə iddialara cavab verdi

13 Mart, 26 / 21:55
A A

Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır. İmtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Şikayət edənlərin bir qismi isə sualların düzgün və aydın formada tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu, bunun da verilən vaxtla uyğun olmadığını iddia ediblər.

Çağdaş.Az xəbər verir ki, aparılan müzakirələrdə yer alan əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə iddialara cavab verib.

O bildirib ki, bu iddialar əsassızdır:
“Mən təəssüf edirəm ki, bu iddianı son zamanlar ictimaiyyət arasında yaymağa çalışırlar. Dövlət İmtahan Mərkəzi hər il sentyabr ayında imtahan proqramlarını ictimaiyyətə təqdim edir. Artıq bir neçə ildir ki, sual kitabçalarını da iştirakçılara təqdim edirik. Yəni uşaqlar imtahandan sonra kitabçaları özləri ilə aparırlar. Bu bir növ bizim ictimai imtahanımızdır. Onu da qeyd edim ki, bu, çox nadir təcrübədir və demək olar ki, digər ölkələrin praktikasında bunu görmürük. Həmçinin imtahandan dərhal sonra nəinki tapşırıqları, hətta onların izahını, hansı alt-standartı yoxlamaq üçün tərtib olunduğunu belə öz saytımıza yerləşdiririk. İmtahan başa çatan kimi, DİM-in “YouTube” kanalında ekspertlərimiz imtahanda istifadə olunan tapşırıqları izah edirlər, mənbəni göstərirlər. Bu iddianı səsləndirənlər hələ də ortaya konkret bir fakt qoya bilməyiblər. Buyurun göstərin, deyin ki, bax bu test proqrama və ya dərsliyə uyğun deyil. Belə fakt mövcud deyil.

Sentyabr ayından etibarən ayda bir dəfə olmaqla təhsil və pedaqoji ictimaiyyət nümayəndələri ilə açıq görüşlərə start vermişik. Həmin vaxt proqramları, sonrakı görüşlərin birində isə test modellərini müzakirəyə çıxarmışdıq ki, ekspertlər, pedaqoji ictimaiyyət nümayəndələri öz fikirlərini bildirsinlər. Çox təəssüf ki, bu görüşlərə gələn çox az adam olur. Ancaq sosial şəbəkələrdə bəzi insanlar heç bir əsas olmadan proqram və testlərin ona uyğun olmaması fikrini tirajlayıb insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər. Halbuki bunlar hamısı əsassız fikirlərdir”./Oxu.az/

Bənzər Xəbərlər

Gündəm

Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq

İyul 29, 2026
Gündəm

“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarıldı

İyul 25, 2026
Gündəm

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

İyul 25, 2026
Gündəm

Şəhid Vüsal Vəliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib – FOTOLAR

İyul 16, 2026
Gündəm

Bakıda “civə bazarı”nın görünməyən tərəfi

İyul 15, 2026
Gündəm

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

İyul 10, 2026

XƏBƏR LENTİ

2500 illik sirr: Amazon cəngəlliklərində naməlum sivilizasiyanın izləri tapıldı

31 İyul, 26 / 23:52

Xəzərin dibində nələr var? – Gələn məlumatlar narahatlıq yaratdı

31 İyul, 26 / 23:27

Diabetin gözlənilməz səbəbi – Yeni müalicə strategiyası yarana bilər

31 İyul, 26 / 23:10

Qarabağ Universitetinə minimal keçid balları açıqlandı

31 İyul, 26 / 22:56

Azərbaycanın UEFA reytinqindəki yeri açıqlandı

31 İyul, 26 / 22:41

Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb… – ARAŞDIRMA

31 İyul, 26 / 22:27

Arıqlama iynələri dayandırıldıqdan sonra orqanizmdə nə baş verir?

31 İyul, 26 / 22:12

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

31 İyul, 26 / 21:58

Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?

31 İyul, 26 / 21:44

Azərbaycanda ən çox hansı peşələrə tələbat var?

31 İyul, 26 / 21:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.