Son dəqiqə
Reklam
Reklam

“BOKT”ların banklardan aşağı faizlə kredit təklif etməsi realdır? VİDEO

İqtisadiyyat

10 faizlə mikro və aqro kredit təklifi… Sürətli və asan müraciət…

Cagdas.azbildirir ki, sosial şəbəkələrdə “BOKT”lar tərəfindən bu kimi kredit elanları paylaşılır. Məlumatda da bildirilir ki, kredit 10 faizlər verilir. Bu isə bankların veridyi faizlərdən dəfələrlə aşağıdır.

İqtisadçı Elmir Səfərli deyir ki, bu kimi elanlar həqiqəti əks etdirmir. Çünki, “BOKT”lar sadəcə daxili borclar və eyni zamanda sərmayədarlar tərəfindən yatırılmış vəsaitlər üzərindən faliyyətlərini davam etdirirlər.

Elmir Səfərli bildirib ki, bəzən reklam xarakteri olaraq 10 faizdən başlayan kredit faizi qeyd oluna bilər. Lakin konkret olaraq 10 faiz kredit qeyd olunubsa məsələ araşdırılmalıdır.

Ekspert bildirib ki, vətəndaşlar sosial şəbəkələr üzərindən təklif edilən kreditlərə daha həssas yanaşmalıdır. Çünki, bu bəzən dələduzluq halları ilə yekunlaşır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir./Xezerxeber.az/