Son dəqiqə

ABŞ-da FTB-yə kiberhücum: Trampdan diqqətçəkən AÇIQLAMA

Dünya

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) məlumat sisteminə edilən son kiberhücuma münasibət bildirərək, hadisənin müəyyən müsbət nəticələr verə biləcəyini deyib.

Çağdaş.Az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

“Bəlkə də bu yolla başqa cür heç vaxt öyrənə bilməyəcəyimiz bəzi məlumatları əldə edəcəyik”, – deyə o bildirib.

Məlumata görə, son kiberhücum FTB-nin Milli Cinayət Məlumat Mərkəzini (National Crime Information Center – NCIC) hədəf alıb.

Hadisə ABŞ-da son günlər həm dövlət, həm də özəl sektorda baş verən genişmiqyaslı texniki nasazlıqlar fonunda qeydə alınıb. Eyni zamanda, xarici qüvvələrin ABŞ-ın texnoloji infrastrukturuna müdaxilə imkanlarının artması ilə bağlı narahatlıqlar da güclənməkdədir.

FTB isə kiberhücumla bağlı mediaya hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, sözügedən insident barədə ilk məlumatı cümə günü CNN yayıb.