• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab – Komitə açıqlama yaydı

12 Avqust, 26 / 15:59
A A

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara münasibət bildirib.

Cagdas.az  xəbər verir ki, Komitənin açıqlamasında keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi qeyd olunub.

Bildirilib ki, məskunlaşdırma prosesi yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında aparılır.

Komitənin məlumatına görə, Böyük Qayıdış zamanı şəxsi tələblərinin qanunvericilik çərçivəsində təmin edilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edərək prosesin gedişi və Komitənin fəaliyyəti barədə yanlış fikir formalaşdırmağa çalışırlar.

Açıqlamada Nuranə Abdullayevanın sosial şəbəkələrdə səsləndirdiyi iddialara da toxunulub.

Qeyd edilib ki, N. Abdullayeva vəfat etmiş atasının vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə yeni tikilən binalarda mənzil verilməsini tələb edib. O, həmçinin Ağdamda yaşayış sahəsi ayrılmadığı halda Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını istəyib.

“ Müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilmiş, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığı dəfələrlə izah edilmişdir”, – deyə açıqlamada bildirilib.

Komitə qeyd edib ki, həmin hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməyib və məsələ əsasən emosional müstəvidə təqdim olunub.

Açıqlamada sosial şəbəkələrdə “Kanal 15 TV” loqosu ilə yayılan video materiallara da münasibət bildirilib. Qeyd olunub ki, həmin materiallar Komitənin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirilib və nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfinin mövqeyi çatdırılıb.

Komitə həmçinin Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün İntiqam Türbəndəyevin sosial şəbəkə paylaşımını diqqətə çatdırıb.

Bildirilib ki, Türbəndəyev Xanyurdu kəndinə köçürülməsi ilə bağlı Komitəyə müraciət edib. Onun Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edildiyi və ailə tərkibinə uyğun olaraq Xanyurdu kəndində 3 otaqlı fərdi evə köçürüləcəyinin bildirildiyi qeyd olunub.

“Lakin müraciət müəllifi qeyd olunanlarla razılaşmamış, yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin ona verilməsini israrla tələb etmişdir”, – açıqlamada vurğulanıb.

Komitə bildirib ki, müraciət edən şəxslər rəhbərlik tərəfindən qəbul olunub və məsələlərinə qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilib. Buna baxmayaraq, sonradan sosial şəbəkələrdə “böhtan xarakterli qərəzli fikirlər” səsləndirilib.

Açıqlamada bu cür paylaşımların ictimaiyyət arasında çaşqınlıq yaratdığı və Böyük Qayıdış proqramına kölgə salmağa yönəldiyi qeyd olunub.

“Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz”, – deyə açıqlamada bildirilib.

Komitə dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar yayılarkən rəsmi mövqenin öyrənilməsinin, faktların tam və obyektiv təqdim olunmasının vacibliyini vurğulayıb.

Həmçinin xatırladılıb ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

Avqust 12, 2026
Cəmiyyət

Sosial müavinət alanların nəzərinə

Avqust 12, 2026
Cəmiyyət

Təbrizdə benzin qıtlığı yaranıb – VİDEO

Avqust 12, 2026
Cəmiyyət

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Avqust 12, 2026
Cəmiyyət

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Avqust 12, 2026
Cəmiyyət

İlham Əliyev: Naxçıvanın gələcəyi Azərbaycana iqtisadi dividendlər gətirəcək

Avqust 12, 2026

XƏBƏR LENTİ

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

12 Avqust, 26 / 16:56

Sosial müavinət alanların nəzərinə

12 Avqust, 26 / 16:41

Təbrizdə benzin qıtlığı yaranıb – VİDEO

12 Avqust, 26 / 16:27

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

12 Avqust, 26 / 16:13

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab – Komitə açıqlama yaydı

12 Avqust, 26 / 15:59

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust, 26 / 15:46

İlham Əliyev: Naxçıvanın gələcəyi Azərbaycana iqtisadi dividendlər gətirəcək

12 Avqust, 26 / 15:33

Həmin şəhərlərdə 162 bina əsaslı təmir olunacaq – QƏRAR

12 Avqust, 26 / 15:19

NDU tələbələrinə şad xəbər – 1000 yerlik yataqxana tikiləcək

12 Avqust, 26 / 15:05

Naxçıvanın nəqliyyatı yenilənir – 53 milyon manat ayrıldı

12 Avqust, 26 / 14:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.