Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ailələrə hər ay 600 manat veriləcək – Nazirlik məlumat yaydı

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.

Cagdas.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Övladlığa verilən uşaqlardan 45-i qız, 44-ü isə oğlandır. Övladlığa verilən uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi məqsədilə onlar 18 yaşına çatana qədər monitorinqlər aparılır. İlk il ərzində monitorinq hər rüb, sonrakı illərdə isə ildə bir dəfə keçirilir. Toyuqlu pizza

Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə aylıq sosial müavinət də ödənilir. 3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə isə 600 manat müavinət verilir.

Həmçinin övladlığa götürən şəxslər sosial təminat, əmək və vergi münasibətləri sahələrində bir sıra güzəştlərdən yararlanırlar.