Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Bu, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”

Cəmiyyət

“Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.

Cagdas.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qırğızıstanın Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.

Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar.

“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, – Prezident İlham Əliyev əlavə edib.