Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ərazidə yeni avtomobil körpüləri inşa olunacaq

Cəmiyyət

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün də söküntüsü işlərinə başlanılıb.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən körpünün, eləcə də magistral yolun hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib.

Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində müasir norma və standartların tələblərinə cavab verən yeni avtomobil körpüləri inşa olunacaq. (milli.az)