Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA – VİDEO

Cəmiyyət
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş Tural Əsgərov “Aura Məişət Texnikası” şirkətində işlədiyi dövrdə əmək hüquqlarının pozulduğunu iddia edir.

Cagdas.az xəbər verir ki, o, uzun illər əmək müqaviləsi bağlanmadan çalışdırıldığını və işdən əsassız çıxarıldığını bildirir.

“2016-cı ildən “Aura Məişət Texnikası” adlı şirkətdə çalışmışam. 2024-cü ilə qədər əmək müqaviləsi olmadan işləmişəm. Dəfələrlə müqavilə bağlamağı tələb etsəm də, hər dəfə vaxtı uzatdılar. 2024-cü ildən rəsmi işçi kimi fəaliyyətimi davam etdirdim. Lakin sonradan müqaviləmə birtərəfli qaydada xitam verildi və heç bir səbəb göstərilmədi. Sonra mənə 1 092 manat maaş veriləndə hesablamanın düzgün aparılmadığını bildirərək məzuniyyət pulumun da verilməsini tələb etdim. Bir həftə sonra mühasibatlıqdan əlaqə saxlayıb məzuniyyət pulumu götürməyimi istədilər. Oraya getdikdə xanımlar bildirdilər ki, şirkətin Azərbaycandakı icraçı direktoru Səməd bəy deyib: “Əgər Dövlət Sosial Müdafiə Fonduna rəsmi işləmədiyiniz dövrlə bağlı verdiyiniz izahatı geri götürsəniz, 365 manat pulunuzu bərpa edib verəcəyik”. Hazırda həmin 365 manat məbləği ödəməkdən imtina edirlər”, – deyə T.Əsgərov bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən qeyd olunub ki, vətəndaş Tural Əsgərovun “Aura Məişət Texnikası” MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciəti quruma daxil olub və hazırda araşdırılır:

“Araşdırma çərçivəsində müəssisəyə müvafiq sorğular göndərilib. Tələb olunan sənədlər tam təqdim edilmədiyindən müəssisə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün dəvət olunub.

Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb olunması qanunvericiliyin pozulmasıdır. Həmçinin faktiki əməkhaqqının düzgün rəsmiləşdirilməməsi, iş vaxtı normalarının pozulması və əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmayan əsasla xitam verilməsi yolverilməzdir. Əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsinin 70 və 71-ci maddələrində nəzərdə tutulan əsaslar və qaydalar gözlənilməklə həyata keçirilə bilər”.(ölkə.az)