Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək

Cəmiyyət

2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində yeni xətlərin inşası, həmçinin uzun müddətdir istifadəsiz qalan mövcud xətlərin yenidən bərpası nəzərdə tutulur.

Cagdas.az xəbər verir ki, bu layihələrdən biri də Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən fəaliyyətə başlamasıdır. Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və nişanlama işləri həyata keçirilir. Layihə çərçivəsində tarixi Maştağa dəmir yolu stansiyasının binasının əsaslı təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

Uzun illər istismar olunmayan dəmir yolu xəttinin keçdiyi ərazilər hazırda kol-kosla örtülsə də, yaxın zamanda burada dəmir yolu infrastrukturu tam şəkildə bərpa ediləcək. Tikinti və yenidənqurma işləri zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evlərinin və yarımçıq tikililərin sökülməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq ərazidə ölçmə və işarələmə işləri aparılıb, mülkiyyət sahiblərinə layihə barədə məlumat verilib.

Rəsmi məlumata görə, söküləcək tikililərin sahiblərinə qanunvericiliyin tələblərinə uyğun kompensasiya ödəniləcək. Qeyd edək ki, analoji tədbirlər daha əvvəl Suraxanı və Hövsan istiqamətlərində də həyata keçirilib. Həmin ərazilərdə dəmir yolu xəttinin bərpası məqsədilə bəzi tikililər sökülüb və onların sahiblərinə müvafiq kompensasiya verilib.

Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi nəticəsində həmin ərazilərdə yaşayan sakinlərin Bakının müxtəlif istiqamətlərinə daha sürətli, rahat və əlverişli şəkildə hərəkət etməsi üçün yeni nəqliyyat imkanları yaradılacaq. \\milli.az