Son dəqiqə
DYP sürücülərə xəbərdarlıq etdi İlham Əliyev İspaniya Kralını təbrik edib Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb Dünyasını dəyişən polkovnik Ramiz Mehdiyevin NƏYİDİR? -FOTO Oktyabrın ortaları üçün ULDUZ FALI – pul və imkanlar əldə edəcək BÜRCLƏR Bu gün “44”ün təqdimatı baş tutacaq Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? – VİDEO Bir şəhərdə minlərlə insan xəstəxanalıq oldu: Məktəblər bağlandı, sudan istifadə ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Ordu hücuma keçdi: Yəməndə müharibə alovlandı Kreditini vaxtında verə bilməyənlərin nəzərinə: Mərkəzi Bankın sədri QƏRAR İMZALADI – VİDEO
Reklam
Reklam

Bu gün “44”ün təqdimatı baş tutacaq

Cəmiyyət

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçiriləcək.

Cagdas.az   xəbər verir ki, film Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub.

Ekran əsərinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilib. Ekran əsəri bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır.

Filmin süjet xəttində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinatlı qrupun komandiri polkovnik Ramazan Kərimovun hekayəsi yer alır. Əsərdə sevgi, şəxsi sınaqlar və hərbi əməliyyatlar paralel şəkildə təsvir olunur.

Bədii filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari müəllifi Anar Ələkbərov olan ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilib və Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.\referans media\