Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Cəmiyyət

Kolumbiyanın yeni seçilən Prezidenti Abelardo de la Espriella ölkəsinin 14 ölkədəki səfirliyinin bağlanacağını açıqlayıb.

Cagdas.az  xəbər verir ki, o bu barədə məlumatı “X” hesabında paylaşdığı videomüraciətdə açıqlayıb.

Sözügedən ölkələr arasında Azərbaycan da var.

Onun sözlərinə görə, avqustun 7-də işə başlayacaq yeni prezident administrasiyası diplomatik şəbəkənin yenidən qurulmasının bir hissəsi olaraq Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərin fəaliyyətini dayandıracaq.

Yeni prezident həmçinin Kolumbiyanın Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini vəd edib.

Qeyd edək ki, 47 yaşlı Abelardo de la Espriella iyunda keçirilən seçkilərin ikinci turunda qalib gələrək Kolumbiya prezidenti seçilib./NOCOMMENT.az/