Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 346 nəfərə çatıb.
Cagdas.az xəbər verir ki, bu barədə ölkə parlamentinin (Milli Assambleyanın) sədri Xorxe Rodriges öz Telegram kanalında məlumat verib.
O qeyd edib ki, hökumətin gündəlik hesabatına əsasən, zəlzələ nəticəsində 16 740 nəfər yaralanıb, 17 265 nəfər isə evsiz qalıb. Ümumilikdə 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 39 567 nəfərə tibb müəssisələrinə köçürülüb, 128 324 ailəyə yardım göstərilib, 23 122 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə ümumilikdə 10 964,97 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında Venesuelada baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra isə 1 405 afterşok baş verib.(modern.az)
















