ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti hava zərbələri dalğasını həyata keçirib.
Çağdaş.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə yaydığı açıqlamada məlumat verib.
Bildirilib ki, bu, ABŞ ordusunun İrana qarşı ardıcıl 11-ci gecə həyata keçirdiyi zərbələr seriyasıdır.
Məlumata görə, əməliyyat zamanı İranın hərbi əməliyyat mərkəzləri, dəniz hərbi imkanları, hərbi təyyarələrin saxlanıldığı anqarlar, pilotsuz uçuş aparatlarının (PUA) anbarları və hərbi logistika infrastrukturu hədəfə alınıb.
CENTCOM əməliyyatın uğurla başa çatdığını bəyan etsə də, zərbələr nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı əlavə məlumat açıqlamayıb.
















