Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik – Qalibaf

Cəmiyyət

İran İraqın daxili işlərinə heç vaxt müdaxilə etməyib.

Cagdas.az  Axar.az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3 günlük İraq səfərinin nəticələri ilə bağlı açıqlaması zamanı deyib.

Qalibaf bildirib ki, görüşlərdə təhlükəsizlik məsələləri və İraqdakı silahlı qruplar müzakirə olunub:

“İran İraq daxilindəki qrupların və siyasi aktorların ölkə Konstitusiyası çərçivəsində müstəqil şəkildə əldə etdikləri razılaşmaları dəstəkləyir”.

Parlament sədri həmçinin İraqdakı xarici hərbi qüvvələrin ölkədən çıxarılmasının son mərhələyə çatdığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bölgədəki hərbi mövcudluğu və İsrailin fəaliyyəti regional təhlükəsizliyi təmin etmir, əksinə, qeyri-sabitliyi artırır.