Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Cəmiyyət

Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən bəzi qurumların akkreditasiyadan keçməsi məcburidir.

Cagdas.az   xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, texniki reqlamentdə və digər normativ-hüquqi aktlarda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın, xidmətin, işin, prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiyası məcburidir.

Bundan başqa, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və ya xidmətlər göstərmək üçün akkreditasiyası tələb olunan qurumlar da məcburi qaydada akkreditasiyadan keçməlidir.

Agentliyin məlumatına görə, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilə bilər.(oxu24.com)